Xətai rayon İcra Hakimiyyəti jurnalistləri mükafatlandırıb
17.07.2015 [11:57]
Xətai rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı Azərbaycan milli mətbuatının 140 illiyi münasibətilə jurnalistlərin iştirakı ilə toplantı keçirib. YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov “Əkinçi” qəzetinin yaranma tarixindən danışarkən qeyd edib ki, bu qəzetin yaranması və qısa müddətli fəaliyyəti təkcə mətbu ənənələrin təşəkkülü ilə deyil, milli özünüdərkin və şüurun formalaşması mərhələsi kimi də xarakterizə olunur. Naşir və jurnalist Həsən bəy Zərdabinin böyük zəhməti ilə ərsəyə gələn bu qəzetdən sonra Azərbaycanda bir çox qəzet və jurnallar həyata vəsiqə aldı.
Hüseynbala Mirələmov daha sonra bildirib ki, XX əsrin sonlarında, müstəqilliyin ilk çağlarında, digər sahələrdə olduğu kimi, mediada da tənəzzül nəzərə çarpırdı. Yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli mətbuat dirçəlməyə və cəmiyyətdə öz layiqli yerini tutmağa başladı. Heydər Əliyev dövrünü həm də milli mətbuatımızın inkişafı baxımından “qızıl dövr” kimi dəyərləndirən H.Mirələmov Ulu öndərin hakimiyyətin dördüncü qolu sayılan bu sahəyə xüsusi qayğı və diqqətlə yanaşdığını vurğulayıb. Mətbuata göstərilən diqqət və qayğının Prezident İlham Əliyevin hakimiyyəti illərində daha da artdığından söz açan H.Mirələmov bildirib ki, hazırda ölkəmizdə milli mətbuatın inkişafı üçün hər cür şərait yaradılıb.
Toplantıda çıxış edən Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bütün deyilənlərin Azərbaycan mətbuatının yeni inkişaf dövrü yaşadığını sübut edən faktlar olduğunu bildirib və əlavə edib ki, Azərbaycanda insan hüquqları, siyasi plüralizm, vətəndaş cəmiyyətinin mövcudluğu demokratik institut kimi formalaşdırılmış müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətində, onların inkişafı üçün yaradılan hüquqi təminatlarda öz gerçək əksini tapır. J.Abdiyeva, həmçinin, qeyd edib ki, bu gün ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrinin mətbuatı sırasında irəli çıxıb.
Çıxışının sonunda J.Abdiyeva Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun adından tədbirə toplaşan media nümayəndələrinin simasında Azərbaycanın bütün məbuat işçilərini təbrik edib və onlara bu çətin və şərəfli peşədə uğurlar arzulayıb.
Sonda Xətai rayonunun sosial-iqtisadi, ictimai-siyasi həyatını obyektiv, qərəzsiz və operativ işıqlandırdıqlarına görə bir çox media nümayəndələrinə Xətai rayon İcra Hakimiyyəti adından xatirə hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

