Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “İrəli” İctimai Birliyi jurnalistləri mükafatlandırıb

“İrəli” İctimai Birliyi jurnalistləri mükafatlandırıb

22.07.2015 [09:39]

Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə “İrəli” İctimai Birliyi media nümayəndələri ilə görüş keçirib. “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov tədbirdə çıxış edərək mətbuatın cəmiyyətin həyatındakı rolundan, həmçinin kütləvi informasiya vasitələri ilə bu qurum arasındakı sıx əlaqələrdən danışıb.
Qeyd olunub ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi bu gün Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətində mühüm istiqamətlərdən birini təşkil edir.
“İrəli”nin mətbuatla əlaqələrinə dair hesabatını diqqətə çatdıran Mirhəsən Seyidov bildirib ki, ictimai birlik bir il ərzində 45-dən çox KİV-lə əməkdaşlıq edib.
Daha sonra Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrinə “İrəli” İctimai Birliyi tərəfindən hədiyyələr təqdim olunub. Mükafatçılar arasında “Yeni Azərbaycan” qəzetinin əməkdaşı da var.

 
Paylaş:
Baxılıb: 791 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30