“Azercell”in Mobil Göz Klinikası yayda yüzlərlə insanı pulsuz müayinə edib
11.09.2015 [10:07]
Azərbaycan mobil rabitə bazarının lider şirkəti “Azercell Telekom”un unikal sosial layihələrindən biri olan Mobil Göz Klinikası bu gün də fəaliyyətini uğurla davam etdirir. Şirkətdən verilən məlumatda qeyd olunur ki, hər zaman olduğu kimi, Mobil Göz Klinikası bu il də valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin edərək, həmçinin ahıllar və aztəminatlı ailələrə də xidmət göstərib. 2011-ci il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan və Azərbaycanda çox maraqla qarşılanan bu layihədən indiyədək 2 mindən artıq uşaq yararlanıb. Layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri “Caspian Compassion Project” təşkilatı tərəfindən həyata keçirilir.
Məlumatda, həmçinin, qeyd olunur ki, cari ilin son 7 ayı ərzində “Azercell”in bu layihəsi çərçivəsində 455 nəfər müayinədən keçib ki, bunun da 305 nəfəri uşaqlardır. Eyni zamanda, klinikada hesabat dövründə 56 uşaq, 31 böyük xəstə müalicə alıb. Bundan əlavə, mart ayında Mobil Göz Klinikasının həkimləri sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 №-li Respublika Xüsusi İnternat Məktəbində və “SOS” Uşaq Kəndində olaraq 91 nəfər xəstəyə köməklik göstəriblər. Aprel ayında klinikanın həkimləri Bakıda, eyni zamanda, Ağcabədidə fəaliyyət göstərən “Gün ərzi” qayğı mərkəzində olublar. Bu mərkəzlərdə 105 nəfər şəxs müayinədən keçib. May, iyun, iyul, avqust aylarında klinikanın həkimləri Bakı ilə yanaşı, bölgələrə də üz tutublar. Şəki, Ağsu və Oğuz rayonlarında məskunlaşan qaçqın və məcburi köçkünləri, eyni zamanda əlil və kimsəsizləri pulsuz müayinə edərək, müalicəyə ehtiyacı olan 184 nəfərə xidmət göstəriblər. Mobil Göz Klinikasının həkimləri, eyni zamanda, yay aylarında Sumqayıtda, Masazır və Xırdalanda məskunlaşan qaçqınlara və əlil insanlara da dayaq olublar.
Xatırladaq ki, “Azercell”in bu uğurlu layihəsi payız və qış aylarında da ehtiyacı olan insanlara yardım etməyə davam edəcək.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

