ƏƏSMN Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirib
11.09.2015 [10:07]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində (Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küç.14) 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş “Dünyamızı qoruyaq” adlı tədbir keçirilib. Tədbirdə ƏƏSMN-in əməkdaşları, əlil ictimai birliklərinin və ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev BMT tərəfindən Beynəlxalq Sülh Gününün təsis olunması tarixindən bəhs edərək, artıq 35 ilə yaxındır ki, dünya əhalisi tərəfindən bu günün qeyd olunduğunu vurğulayıb. Xidmət rəisi bildirib ki, Beynəlxalq Sülh Günü həmişə özünün sülhsevərliyi və tolerantlığı ilə seçilən, eyni zamanda, ərazisinin 20 faizi Ermənistanın işğalına məruz qalan, bu səbəbdən bir milyondan çox qaçqın və məcburi köçkünün mövcud olduğu Azərbaycan üçün də xüsusi önəm kəsb edir. Hələ 1994-cü ilin may ayında Ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində cəbhədə atəşkəsə nail olunması, qan tökülməsinin qarşısının alınması ümumən regionda sülhə və əmin-amanlığa böyük töhfə oldu, ölkəmizdə sabitlik və uzunmüddətli inkişafa şərait yaratdı.
Tədbirdə vurğulanıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında və sülh yolu ilə həll edilməsi istiqamətində Ulu öndərimizin müəyyən etdiyi müdrik siyasət Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün sürətli tərəqqi dövrünü yaşayan Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna malikdir və ordumuz ölkəmizin ərazi bütövlüyünü qısa müddətdə təmin etməyə qadirdir. Buna baxmayaraq, Azərbaycan dövlətinin siyasəti bu münaqişənin dinc yolla, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmasına, regionda sülhün və əmin-amanlığın təmin edilməsinə yönəlib. Təcavüzkar Ermənistanın bu qətnamələrə məhəl qoymamasına, işğalı hələ də davam etdirməsinə baxmayaraq, Azərbaycan sülhsevər siyasətini əzmlə davam etdirir. NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulan ölkəmiz dünyada sülhün və təhlükəsizliyin təminatına yönələn tədbirlərdə də daim fəal iştirak edir.
Daha sonra ƏƏSMN-in Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin gənclərinin, eləcə də nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərinin, Müharibə və əmək əlilləri üçün pansionatın sakinlərinin sülh mövzusuna həsr olunmuş yaradıcılıq işlərindən ibarət “Biz sülh istəyirik” adlı sərgi və ədəbi-musiqili kompozisiya təqdim olunub. Sərgidə qeyd olunan mövzuda 200-dək əl işi nümayiş etdirilib.
Tədbir iştirakçıları Peşə Reabilitasiya Mərkəzində sağlamlıq imkanları məhdud gənclərin peşə hazırlığının təşkili, onların sosial reabilitasiyası üçün müasir tələblərə uyğun səviyyədə yaradılmış şəraitlə də yaxından tanış olublar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

