/ / SOCAR-AQŞ-də görkəmli neftçi, akademik Xoşbəxt Yusifzadə haqqında çəkilmiş “Fədakar” filmi nümayiş olunub
SOCAR-AQŞ-də görkəmli neftçi, akademik Xoşbəxt Yusifzadə haqqında çəkilmiş “Fədakar” filmi nümayiş olunub
15.09.2015 [09:58]
Dünən SOCAR-AQŞ-nin Baş İnzibati binasında SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin həyat və fəaliyyətinə həsr olunmuş “Fədakar” filminin təqdimatı keçirilib. SOCAR-AQŞ MMC-nin baş direktoru Ramin İsayev bildirib ki, Xəzər dənizində neft və qaz yataqlarının kəşfi və işlənilməsində böyük əmək sərf etmiş görkəmli neftçi-alim, akademik Xoşbəxt Yusifzadənin fəaliyyəti hər bir gənc azərbaycanlı neftçi üçün örnək olmalıdır: “Xoşbəxt müəllim bu gün də eyni əzmkarlıq, eyni həvəslə öz istehsalat işlərini davam etdirir, müxtəlif tədbir və konfranslara sədrlik edərək öz dəyərli məsləhət və təhlillərini neftçilərlə bölüşür. Azərbaycan neft-qaz sənayesinin canlı ensiklopediyası olan Xoşbəxt müəllimlə söhbət etmək, onun tövsiyələrini dinləmək hər bir neftçi üçün unudulmaz tarixi ana çevrilir”.
Baş direktor Ramin İsayev bildirib ki, müəssisədə yeni çalışmağa başlayan gənc əməkdaşlar və təcrübəçilər üçün “Fədakar” filmi vaxtaşırı olaraq nümayiş olunmalı və görkəmli neftçinin fəaliyyəti daim gənc nəslə aşılanmalıdır.
Neftçilərin qarşıdan gələn peşə bayramı ərəfəsində nümayiş olunan “Fədakar” filmini izləmək üçün SOCAR-AQŞ-nin işçi heyəti ilə birgə müəssisədə Yay İstehsalat Təcrübəsi keçən müxtəlif ali təhsil məktəblərinin 17 tələbəsi də dəvət olunub.
Xatırladaq ki, SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hazırda SOCAR-AQŞ dayaz sulu “Günəşli” yatağında yerləşən 11 saylı və “Ümid” yatağının 1 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır. Müəssisə, eyni zamanda, “Qərbi Abşeron”, “Bulla” və “Günəşli 7” yataqlarında qazma işlərinin həyata keçirilməsi üçün hazırlıq işlərini davam etdirir. Müəssisə 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR-AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb. SOCAR-AQŞ, API Spec Q2 sertifikatını yaxın zamanda əldə etmək məqsədilə iş aparır.
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34

