Dərmanların vahid qiyməti ilə bağlı monitorinqin ilkin nəticəsi açıqlanıb
30.09.2015 [09:47]
Səhiyyə Nazirliyi apteklərdə dərmanların vahid qiymətlə satılmasına başlanıldıqdan sonra İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə apardığı monitorinqlərin ilkin nəticəsini açıqlayıb.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov Trend-ə bildirib ki, vahid qiymətlərlə satışa çıxarılan dərman vasitələrinin qiymət intizamının yoxlanılması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidməti və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi arasında razılaşma əldə edilib. Razılaşmaya əsasən, sentyabrın 15-dən iki qurum birgə əczaçılıq bazarında qiymət intizamına riayət edilməsi ilə bağlı tədbirlər keçirir.
Bu tədbirlərin mütəmadi davam etdiriləcəyini deyən P.Əzizbəyov qeyd edib ki, indiyədək keçirilən nəzarət tədbirləri zamanı dərman vasitələrinin qiymət intizamı ilə bağlı ciddi pozuntular aşkar edilməyib: “Bu iş ölkədə ilk dəfə aparıldığı üçün yeni qiymətlə tənzimlənmiş dərman vasitələri bəzi apteklərə sentyabrın 15-də hələ gəlib çatmamışdı. Amma artıq həmin dərmanlar üzərində təsdiqlənmiş qiymətlər olmaqla, idxalçı şirkətlər tərəfindən apteklərə çatdırılıb”.
Nazirlik rəsmisinin sözlərinə görə, aparılan monitoqinlər onu göstərir ki, qiymətləri təsdiqlənmiş 1057 adda dərman hazırda təsdiqlənmiş qiymətlərlə apteklərdə satılır.
P.Əzizbəyov bildirib ki, idxalçılar tərəfindən sentyabrın 15-dək ölkəyə gətirilən dərmanların sırasında qiymətləri təsdiqlənmiş dərmanlar varsa, onlar da Tarif Şurasının təsdiqlədiyi qiymətlə satışa çıxarılmalıdır.
Nazirlik rəsmisi əlavə edib ki, növbəti mərhələdə 55 təsiredici maddə üzrə dərman vasitələrinin qiymət siyahısı təsdiqlənəcək.
P.Əzizbəyov bildirib ki, hazırda satışda olan dərmanların 98 faizi ölkəyə idxal edilir, 2 faiz dərman vasitəsi isə ölkədə istehsal olunur.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

