/ / Bakıda “Həmkarlar ittifaqı hərəkatının inkişafına yeni yanaşmalar. İctimaiyyətlə əlaqələr aspekti” mövzusunda beynəlxalq seminar keçirilir
Bakıda “Həmkarlar ittifaqı hərəkatının inkişafına yeni yanaşmalar. İctimaiyyətlə əlaqələr aspekti” mövzusunda beynəlxalq seminar keçirilir
30.09.2015 [09:52]
Sentyabrın 29-da Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Pan Avropa Regional Şurasının (BHİK-PARŞ) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) birgə təşkilatçılığı ilə “Həmkarlar ittifaqı hərəkatının inkişafına yeni yanaşmalar. İctimaiyyətlə əlaqələr aspekti” mövzusunda beynəlxalq seminar işə başlayıb.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək seminarda beynəlxalq həmkarlar ittifaqları mərkəzlərinin və MDB ölkələri həmkarlar ittifaqları təşkilatlarının nümayəndələri iştirak edirlər.
Seminarın açılışında çıxış edən AHİK sədrinin müavini Cavanşir Alxasov həmkarlar ittifaqının kəmiyyət və keyfiyyətcə inkişafının bilavasitə gənclərlə bağlı olduğunu deyib. O, gənclərin həmkarlar ittifaqına üzvlük probleminin həmişə aktual olduğunu və digər sahələrə nisbətən prioritet təşkil etdiyini söyləyib. Sədr müavini deyib: “Həmkarlar ittifaqları hərəkatının inkişafına informasiya texnologiyalarından istifadə etmək yolu ilə yanaşmaq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının innovasiya fəaliyyətinin tərkib hissəsidir. Səmərəli informasiya siyasətinin keçirilməsi, bütün üzv təşkilatların qarşılıqlı əlaqəsinin yaradılması bizim üçün çox vacibdir. AHİK-in informasiya fəaliyyəti təşkilatımızın Nizamnaməsində nəzərdə tutulan sosial-iqtisadi və əmək hüquqlarının, həmkarlar ittifaqlarının üzvlərinin maraqlarının qorunması, həmkarlar ittifaqı hərəkatının möhkəmləndirilməsi və inkişaf etdirilməsi, xüsusilə gənclər arasında həmkarlar ittifaqları üzvlüyünə həvəsləndirməyə dair vəzifələrin yerinə yetirilməsinin təmin edilməsinə yönəlib”.
Diqqətə çatdırılıb ki, müstəqilliyin ilk illərində ictimai şüurda və kütləvi informasiya vasitələrində həmkarlar ittifaqları hərəkatının müasir problemləri istənilən səviyyədə əks olunmurdu. Artıq 2000-ci illərin əvvəllərindən etibarən respublikada həmkarlar ittifaqı hərəkatının informasiya məkanının sistemli inkişafı yolunda mühüm addımlar atılmağa başlanıb. 2004-cü ildə “Azərbaycan həmkarlar ittifaqlarının informasiya siyasəti konsepsiyası” təsdiq edilib.
C.Alxasov vurğulayıb ki, AHİK-in internet saytı daim yenilənir, təkmilləşir. Sevindirici haldır ki, bu sayta həmkarlar ittifaqlarının, üzv təşkilatların sıravi üzvləri, sadə vətəndaşlar getdikcə daha çox müraciət edirlər. AHİK 2005-ci ildən müntəzəm olaraq təşkilatların cari fəaliyyəti haqqında informasiya bülleteni buraxır, 2010-cu ildən isə hər ay elektron poçt vasitəsilə ictimaiyyətə və üzv təşkilatlara qarşıda duran ayda sahə həmkarlar ittifaqlarının keçirəcəyi tədbirlər barədə məlumat verir.
Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyətinin informasiya-analitik müşayiəti AHİK-in gündəlik həyatının mühüm şərtidir. Həmkarlar ittifaqları qanun yaratmaq işində, dövlət orqanlarının və icra hakimiyyətinin fəaliyyətində iştirak edir, kütləvi baxışlar, müsabiqələr keçirir, vətəndaş cəmiyyətinin fəal iştirakçısı olur.
Həmkarlar ittifaqları işinin inkişafında gənclərin fəallığına xüsusi diqqət yetirilir. Təşkilat həmkarlar ittifaqlarının gənc fəallarına təlim verilməsində, həm Konfederasiya nəzdində, həm də sahə həmkarlar ittifaqlarında fəaliyyət göstərən gənclər şuralarının fəaliyyətini artırmağa çalışır.
Hazırda həmkarlar ittifaqları sıralarında üzvlərin 25 faizdən çoxu gənclərdir. Onların təxminən 17 faizi birinci həmkarlar ittifaqları təşkilatlarının sədrləridir. Gənclər arasında həvəsləndirmə tədbirlərini keçirmək vacibdir.
Diqqətə çatdırılıb ki, AHİK dövrün tələblərinə uyğun olaraq həmkarlar ittifaqlarının birliyinə və genişləndirilməsinə, əmək münasibətlərinin tənzimlənməsində onların məsuliyyətinin artırılmasına, sosial tərəfdaşlığın inkişafına, təşkilati-maliyyə işinin təkmilləşdirilməsinə, həmkarlar ittifaqı kadrlarının məsuliyyətinin yüksəldilməsinə, ehtiyat kadrların hazırlanmasına, çalışan qadınlarla və gənclərlə işə, onların ölkənin ictimai-siyasi həyatında fəal iştirakına yönəlmiş yeni kurs müəyyən edib.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan-Avropa Regional Şurasının MDB üzrə proqram əlaqələndiricisi Anna Salnikova, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının katibi, “Solidarnost” qəzetinin baş redaktoru Aleksandr Şerşukov və başqaları çıxış edərək müzakirə olunan məsələlər barədə fikirlərini bildiriblər. Qeyd edilib ki, seminarda müxtəlif ölkələrin həmkarlar ittifaqlarının üzvlərinin bir araya gələrək müvafiq sahədə təcrübələrini bölüşməsi mühüm əhəmiyyətə malikdir.
Sonra seminar öz işini komissiyalarda davam etdirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

