Azərbaycanda dini icmaların fəaliyyəti üçün hər cür şərait yaradılıb
30.09.2015 [09:54]
Sentyabrın 29-da Astara rayon İcra Hakimiyyətində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans işə başlayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Astara rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər iştirak edirlər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirin açılışında çıxış edən Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ölkəmizdə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və onun daha da inkişaf etdirilməsində Ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirib, Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.
Konfransda mövzu ilə bağlı DQİDK sədri Mübariz Qurbanlının məruzəsi dinlənilib.
M.Qurbanlı çıxışında Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən, dahi rəhbərin milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü misilsiz xidmətlərdən, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən danışıb.
Sovet dönəmində, ateizmin hökm sürdüyü bir dövrdə Azərbaycanda milli -mənəvi dəyərlərin qorunduğunu vurğulayan M.Qurbanlı bu ənənənin bu gün ölkəmizin bütün regionlarında davam etdirildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, multikulturalizm və tolerantlıq ölkəsi olan Azərbaycanda yaşayan əhalinin 96 faizi müsəlmandır. Sovet İttifaqı dövründə ölkəmizdə 17 məscid fəaliyyət göstərirdisə, bu gün bu rəqəm 2500-ə çatdırılıb.
Azərbaycanda 632 dini icmanın qeydiyyatdan keçdiyini vurğulayan M.Qurbanlı ölkəmizdə dini icmaların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirib.
İslam dinini radikalizmə sürükləmək meyillərinin artmasından, bəzi qüvvələrin İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışmasından, terrorla əlaqələndirmək istəklərindən danışan M.Qurbanlı, gənclərimizin dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyətinin bütün cəmiyyətin üzərinə düşdüyünü diqqətə çatdırıb.
Ənənəvi İslam dəyərlərini qoruyub saxlamağın və bu dəyərləri olduğu kimi insanlara çatdırmağın qarşıda duran ümdə vəzifələrdən biri olduğunu vurğulayan Komitə sədri radikalizmə və xurafata qarşı mübarizədə hamını fəal olmağa çağırıb.
Konfransda Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov və Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov mövzu ilə bağlı çıxış ediblər.
İkigünlük regional konfrans öz işini sentyabrın 30-da plenar iclaslarda davam etdirəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22

