Görkəmli yazıçı Əlibala Hacızadənin anadan olmasının 80-ci ildönümü qeyd olunub
03.10.2015 [11:18]
Oktyabrın 2-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şair, nasir, dramaturq Əlibala Hacızadənin anadan olmasının 80-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar əsərləri hər zaman maraqla oxunan, kitabları uzun illər böyük tirajla çap edilən Əlibala Hacızadəni 60-cı illər nəslinin görkəmli nümayəndəsi adlandırıb.
Bildirilib ki, 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində dünyaya göz açan Ə.Hacızadə ədəbiyyata 1956-cı ildə gəlib. Həmin vaxt Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin tələbəsi olan Ə.Hacızadənin təxminən 20 yaşı olub. Həmin ildə gənc yazıçı böyük məhəbbət bəslədiyi Səməd Vurğunun ölümünü ağır kədər hissi ilə qarşılayıb. Şairin ölümündən doğan kədərini “Yadıma düşdü...” adlı hekayəsində ifadə edib və həmin hekayə universitet qəzetində dərc olunub. Bundan sonra yazıçının “Mənim müəlliməm” adlı ilk povesti işıq üzü görüb.
Xalq yazıçısı Söhrab Tahir 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının (EA) Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayan Ə.Hacızadənin 1966-1970-ci illərdə Əfqanıstanda tərcüməçi kimi çalışmasını və bunun onun yaradıcılığına böyük təsir etdiyini söyləyib.
Bildirib ki, Əlibala Hacızadənin qəhrəmanları müəllifin özü kimi sadə, təmkinli, həyatı sevməyi, həyəcanlı hisslər keçirməyi bacaran insanlardır. Əfqanıstana ezam edildiyi illərdə Əlibala Hacızadənin “Qürbətdə” adlı hekayələr toplusu, “Təyyarə kölgəsi” romanı, daha sonra isə bu ölkədə cərəyan edən hadisələrdən bəhs edən “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” trilogiyası işıq üzü görüb. Görkəmli ədibin “İtkin gəlin” romanı əsasında yazdığı ssenariyə 1993-1994-cü illərdə 12 seriyalı bədii televiziya filmi çəkilib.
Tədbirdə Xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə, filologiya elmləri doktorları Vaqif Yusifli, Qurban Bayramov, AYB-nin katibi Rəşad Məcid və başqaları Əlibala Hacızadəni XX yüzilliyin hadisəsi olan, çox ciddi əsərlər yazmış, tarixdə qalmaq şansını ilk qələm təcrübəsindən qazanmış istedadlı bir yazıçı kimi xarakterizə ediblər.
Natiqlər yazıçının 2004-2005-ci illərdə müasir Azərbaycan ədəbiyyatı xəzinəsinə layiqli töhfə olan seçilmiş əsərlərinin on cildliyinin nəşr edildiyini bildiriblər.
Çıxış edənlər Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya elmləri namizədi olan Əlibala Hacızadənin bir çox elmi tədqiqat əsərlərinin də müəllifi olduğunu söyləyiblər.
Vurğulanıb ki, onu ciddi alim kimi tanıdan “Fərruxi Yəzdinin poeziyası”, “İran romanının tarixi” və s. mövzularda elmi əsərləri, fars dilindən bir sıra elmi və bədii tərcümələri də ədəbi mühitdə maraqla qarşılanıb.
Bildirilib ki, illər ötəcək, zaman dəyişəcək, lakin onun yazdığı ölməz əsərlər heç zaman aktuallığını itirməyəcək, köhnəlməyəcək və hər zaman böyük məhəbbətlə oxunacaq.
Tədbirdə Xalq artisti Məleykə Əsədova görkəmli yazıçı haqqında xatirələrini bölüşüb və Əlibala Hacızadənin şeirlərini söyləyib.
Sonda yazıçının qızı Asya Hacızadə atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19

