“İlham Əliyevin uğurlu ekoloji siyasəti” kitabı çapdan çıxıb
09.10.2015 [10:13]
“İlham Əliyevin uğurlu ekoloji siyasəti” kitabı işıq üzü görüb. AZƏRTAC xəbər verir ki, kitab Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb. Onun elmi redaktoru ekologiya və təbii sərvətlər naziri, professor Hüseyn Bağırovdur.
Məlumdur ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanın nadir təbiətinin mühafizəsi məsələlərinə həmişə xüsusi diqqət yetirirdi. Yeni nəşr Ulu öndərin bu sözləri ilə açılır: “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, ağacları kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir”.
Heydər Əliyevin Vətənimizin biomüxtəlifliyinin, onun bənzərsiz gözəlliyinin qorunub saxlanılması sahəsində müdrik siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Kitabın birinci səhifəsində dövlətimizin başçısının bu sözləri yer alıb: “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su - bütün bunlara biz çox böyük diqqət göstərməliyik”.
Hüseyn Bağırovun kitaba yazdığı ön sözdə deyilir ki, iqtisadiyyatın dinamik inkişafı nəticəsində gəlirlərin artması, onların qeyri-neft sektoruna yönəldilməsi ekoloji layihələrin həyata keçirilməsinə böyük imkanlar açıb. Bir çox ölkələrin maliyyə böhranının çətinliklərini hiss etdikləri bir vaxtda Azərbaycanda infrastruktur layihələri həyata keçirilirdi, ekoloji problemlərin həllinə yönəldilən tədbirlər prioritet elan edilmişdi. Dövlətimizin başçısının sərəncamları ilə ölkəmizdə yeni qoruqlar yaradılıb, daha əvvəl yaradılan qoruqların sahələri genişləndirilib, Xəzərin sahilində modul tipli sutəmizləyici qurğuların quraşdırılması istiqamətində böyük iş aparılıb. Əhalinin suyun keyfiyyəti ilə bağlı çətinlik çəkdiyi kəndlərdə də sutəmizləyici qurğular quraşdırılıb. Kür çayı boyunca yerləşən kəndlərdə yaşayan 450 mindən çox adam Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən su ilə təmin olunub.
Son illərdə ölkədə yaşıllaşdırma işləri geniş vüsət alıb. Bu tədbirlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bərabər, Leyla Əliyevanın başçılıq etdiyi IDEA İctimai Birliyi də fəal iştirak edir. Nəşrdə yeni yaşıllıqların miqyasını göstərən məlumatlar verilib. Belə ki, 2008-2014-cü illərdə 4 352 933 ting əkilib, 3 164 hektar ərazidə müasir damcı suvarma sistemi quraşdırılıb.
Kitabda dövlət qoruqlarına, yasaqlıqlarına və digər təbiəti mühafizə obyektlərinə geniş yer ayrılıb. Hazırda ölkədə 9 milli park, 11 dövlət qoruğu və 24 dövlət yasaqlığı fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi bütövlükdə ölkənin ümumi ərazisinin 10,3 faizini təşkil edir. Kitabın hər bir qoruğa dair bölməsində ölkəmizin bu nadir guşələrinin flora və fauna növlərinin çoxsaylı fotoşəkilləri yer alıb.
24 bölmədən ibarət olan kitabda Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf 7 rayonun təbiəti haqqında məlumatlar verilir, Azərbaycanın təbii sərvətlərini vəhşicəsinə məhv edən təcavüzkarın vurduğu ümumi ziyan göstərilir. İşğal edilmiş ərazilərdə 247 352 hektar meşə sahəsi, o cümlədən nadir ağac növlərinin bitdiyi 13197,5 hektar meşə sahəsi, 152 təbiət abidəsi və 5 geoloji obyekt məhv edilib.
Nəşrdə çoxsaylı dövlət ekoloji proqram və layihələrinin həyata keçirilməsinin gedişatı haqqında statistik göstəricilər, Azərbaycan Milli Məclisinin ratifikasiya etdiyi beynəlxalq təbiəti mühafizə Konvensiyaları haqqında məlumatlar verilib.
Xəbər lenti
Hamısına baxSiyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50

