/ / IDEA-nın layihəsi çərçivəsində bəbirlərin sayının artırılması və təbiətə buraxılması üçün karantin mərkəzin tikintisi nəzərdə tutulur
IDEA-nın layihəsi çərçivəsində bəbirlərin sayının artırılması və təbiətə buraxılması üçün karantin mərkəzin tikintisi nəzərdə tutulur
14.10.2015 [09:54]
IDEA - Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyi Azərbaycanın, həmçinin Qafqaz regionunun biomüxtəlifliyinin mühafizəsi və zənginləşdirilməsi, eləcə də bu gün zövq aldığımız təbiət gözəlliklərinin gələcək nəsillərə ötürülməsinə xüsusi həssaslıqla yanaşır.
AZƏRTAC xəbər verir ki, regionumuzda nəsli kəsilməkdə olan 5 heyvan növü IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2012-ci ildə müəyyənləşdirilərək Qafqazın “Böyük Beşliyi” (qonur ayı, imperial qartal, boz canavar, ceyran və Qafqaz bəbiri) konsepsiyası tərtib edilib. Həmin dövrdən etibarən IDEA İctimai Birliyi təhlükə altında olan fauna növlərimizin mühafizəsi və artırılması istiqamətində tədbirlərə başlayıb.
Həmçinin IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisinin mütəxəssislərindən ibarət işçi qrup təsis edilib. İşçi qrup tərəfindən London Zoologiya Cəmiyyətinin (ZSL) hesabatı əsasında “Azərbaycanda bəbirlərin sayının bərpa edilməsi” layihəsi üzrə Fəaliyyət Planı və müvafiq yol xəritəsi tərtib edilib. Layihə çərçivəsində bəbirlərin artırılması və təbiətə buraxılması üçün karantin mərkəzin tikintisi nəzərdə tutulur. Hazırda layihənin icra olunacağı mümkün ərazilərin beynəlxalq mütəxəssislər tərəfindən təhlili həyata keçirilir. Layihənin tam şəkildə icrasına gələn il ərzində başlanılması nəzərdə tutulub.
Qeyd edək ki, bəbirlərin mühafizəsi çərçivəsində IDEA İctimai Birliyi, beynəlxalq və yerli tərəfdaşları ilə birlikdə hər il ictimaiyyətin maarifləndirilməsi istiqamətində bir sıra tədbirlər, o cümlədən məktəblilər üçün yay düşərgələri, tələbələr üçün elmi seminar və praktiki məşğələlər, gənclər üçün müsabiqələr və s. təşkil edir. Bununla yanaşı, beynəlxalq ictimaiyyətin Qafqaz bəbirlərinə diqqətini artırmaq və onların mühafizəsi istiqamətində səyləri səfərbər etmək məqsədilə IDEA İctimai Birliyinin təşəbbüsü ilə 2014-cü ilin may ayında Bakı şəhərində tarixdə ilk dəfə olaraq Qafqaz Pişikkimiləri üzrə beynəlxalq Sammit (Caucasus Cat Summit) təşkil edilmişdi. Qafqaz bəbirlərinə həsr olunmuş Sammitdə dünyanın qabaqcıl pişik mühafizəsi mütəxəssisləri ilə yanaşı, nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Təbiəti Mühafizə İttifaqının (IUCN), Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF), Pantera təşkilatının, Smitson İnstitutunun, London Zoologiya Cəmiyyətinin və Harvard Universitetinin təmsilçiləri və Azərbaycandan olan alimlər iştirak etmişdilər. Sammit çərçivəsində mütəxəssislər və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri mühazirələrlə çıxış etmiş və müzakirələr aparmışdı.
Sammit Qafqaz bəbirlərinin mühafizəsi istiqamətində ilk əlamətdar addım və başlanğıc nöqtəsi olub. Sammitin davamı olaraq, London Zoologiya Cəmiyyəti (ZSL) tərəfindən Azərbaycanda bəbirlərin mühafizəsi və populyasiyasının artırılması üzrə hesabat hazırlanıb və bu istiqamətdə bir sıra dəyərli tövsiyələr əks olunub.
IDEA İctimai Birliyi regionun təhlükə altında olan heyvan növlərinin mühafizəsi ilə yanaşı, Böyük Qafqazın yerli heyvan növü olan və təqribən 100 il əvvəl məhv olmuş zubrun yenidən təbiətə inteqrasiyasını planlaşdırır. Bununla yanaşı, IDEA İctimai Birliyi Dünya Təbiət Fondu və Ekologiya və Təbiət Sərvətlər Nazirliyi ilə birlikdə bizonların reintroduksiyası üzrə Fəaliyyət Planı tərtib edib. Beynəlxalq mütəxəssislərin rəyinə uyğun olaraq, Şahdağ Milli Parkının İsmayıllı rayonu ərazisi layihənin icrası üçün məqsədəuyğun hesab edilib. Zəruri texniki məsələlərin həlli tamamlandıqdan sonra, bu ilin sonunda ərazidə karantin volyerlərinin tikintisi həyata keçiriləcək. Layihə çərçivəsində qeyd olunan ərazidə bizonların artırılması Mərkəzi yaradılacaq. Mərkəzdə karantin dövrünü keçirən bizonlar sonradan təbiətə buraxılacaq. Layihənin uğurunu təmin etmək üçün bu sahədə böyük təcrübəyə malik Amerika Çöllük Assosiasiyası (American Prairie Association) ilə mütəmadi olaraq məsləhətləşmələr aparılır.
Həmçinin IDEA-nın mühüm layihələrindən olan “Ceyranların Qafqazdakı tarixi yerlərinə reintroduksiyası” çərçivəsində 150 ceyran Azərbaycan və Gürcüstan ərazilərində öz tarixi yaşayış məskənlərinə buraxılıb. Qeyd edək ki, bu layihə 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən başlanılıb, IDEA təsis olunduqdan sonra isə İctimai Birlik tərəfindən uğurla davam etdirilib.
Layihənin məqsədi regionda ceyranların sayının artırılması və onların əvvəllər məskunlaşdığı, lakin müəyyən səbəblərdən tərk etdikləri ərazilərə reintroduksiyasıdır. IDEA İctimai Birliyi və onun layihə tərəfdaşları olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) təbiətə buraxılan ceyranların uyğunlaşma prosesini mütəmadi nəzarətdə saxlayır. Son monitorinqlərə əsasən ceyranların həm Azərbaycan, həm də Gürcüstanda, eləcə də iki ölkə arasında yerləşən təbii dəhlizə uyğunlaşması müşahidə olunur.
Xatırladaq ki, oktyabrın 9-da Astara rayonu ərazisində ovlanan bəbirin dərisini satmağa çalışan rayon sakinləri 22.10.1995-ci il təvəllüdlü Böyükağazadə Natiq Nəbi oğlu və 01.01.1995-ci il təvəllüdlü Fərəcov Səməd Yaqub oğlu Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Natiq Böyükağazadə ilkin ifadəsi zamanı bu ilin avqust ayında Astara rayonu dağ-meşə massivində mühafizə olunan ərazidə vəhşi bəbir ovladığını etiraf edib. N.Böyükağazadə bəbiri ovladıqdan sonra dərisini satmaq məqsədilə soyaraq uyğun müştəri axtarıb. Qohumu Fərəcov Səməd Yaqub oğlu ilə Astara rayonu Çükəz kəndi ərazisində bəbir dərisini 10-15 min manata satmaq istəyərkən saxlanılıb.
Materialda Azərbaycanda IDEA və WWF-in quraşdırdığı müşahidə kameralarına düşən bəbirlərin fotoları yerləşdirilib.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39

