/ / Qax rayonunun tarixi məkanları ilə tanışlıq beynəlxalq konfrans iştirakçılarında zəngin təəssürat yaradıb
Qax rayonunun tarixi məkanları ilə tanışlıq beynəlxalq konfrans iştirakçılarında zəngin təəssürat yaradıb
16.10.2015 [10:00]
Gəncədə keçirilən dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransının iştirakçıları respublikamızın şimal-qərb bölgəsinə səfərləri çərçivəsində qədim Şəki ilə tanışlıqdan sonra oktyabrın 15-də günün ikinci yarısında Qax rayonuna gəliblər.
AZƏRTAC xəbər verir ki, Qax şəhərinin qədim tarixi hissəsi - “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzinin qarşısında qonaqları rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev mehribanlıqla qarşılayıb.
Mərkəzlə tanışlıq zamanı konfrans iştirakçılarının diqqətinə çatdırılıb ki, Qaxda XVI əsrdən mövcud olan “İçəribazar” qala qapıları və qala divarları maddi-mədəniyyət abidəsinin yenidən qurulması ölkəmizdə tarixi-mədəni irsin qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlərə bariz nümunədir. Aparılan tikinti və yenidənqurma işlərindən sonra bu kompleks müasir və füsunkar görkəm alıb. Ərazidə əsrlərdən bəri qorunub saxlanılan maddi-mədəniyyət nümunələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, həm də onun tarixinə verilən dəyəri nümayiş etdirir.
Buradakı açıq səma altında mükəmməl layihə əsasında yaradılan 300 yerlik yay teatrı, sənətkarlıq emalatxanaları konfrans iştirakçılarının böyük marağına səbəb olub.
Qaxa səfərləri çərçivəsində qonaqlar sonra rayonun Oncallı kəndinə gələrək, buradakı oğuz qəbiristanlığında türk xalqının yetirdiyi parlaq simalardan biri olan, sufi şeirinin görkəmli nümayəndəsi şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məzarlarını ziyarət ediblər. Məlumat verilib ki, Yunus Əmrənin ehtimal olunan ziyarət yerlərindən biri də Oncallı kəndindəki bu oğuz qəbiristanlığıdır. Mənbələrə görə, ömrünün böyük hissəsini Anadoluda keçirən şair islami dəyərləri yaşatmaq məqsədilə dünyanı gəzib, mənəvi rahatlığını Oncallı kəndində dövrünün ən mötəbər ruhani şəxsiyyətlərindən biri olan Hacı Tapdığa müridlik etməkdə tapıb. Şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məhz bu qəbiristanlıqda dəfn olunduğu ehtimal edilir. Hər iki məzar bu gün də yerli əhali tərəfindən müqəddəs bir məkan kimi qorunur və ziyarət edilir.
Qax rayonunun tarixi məkanları ilə tanışlıq VIII Beynəlxalq Atatürk konfransı iştirakçılarında zəngin təəssürat yaradıb.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

