/ / Daşkəsən rayonunda Azərbaycan Respublikası Milli Məclisinə seçkilərə hazırlıqla bağlı müşavirə keçirilib
Daşkəsən rayonunda Azərbaycan Respublikası Milli Məclisinə seçkilərə hazırlıqla bağlı müşavirə keçirilib
27.10.2015 [09:42]
Dünən Daşkəsən rayon İcra Hakimiyyətinin inzibati binasında 1 noyabrda keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərə hazırlıq işləri ilə əlaqədar növbəti müşavirə keçirilib. Tədbirdə çıxış edən Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib ki, indiyədək ölkəmizdə bütün seçkilər tam şəffaf, demokratik şəraitdə keçirilib, seçicilər ürəklərinin hökmü ilə öz dəstəklədikləri namizədə səslərini veriblər. Daşkəsən rayonunda fəaliyyət göstərən bütün seçki məntəqələrinin parlament seçkilərinin keçirilməsi üçün tam hazır olduğunu söyləyən Ə.Abıyev həmçinin bildirib ki, rabitə, elektrik enerjisi, seçkilər günü ictimai asayişin qorunması, nəqliyyat və digər təchizat işləri ilə bağlı heç bir problem yoxdur: “Seçkilərə hazırlıq yüksək səviyyədədir. Məntəqələr seçicilərin rahatlığını təmin etmək məqsədilə ən təmirli, münasib binalarda yerləşdirilmişdir”.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev onu da bildirib ki, Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyət ölkə başçısı İlham Əliyevin siyasətinin uğurları, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının yüksəlməsi, bölgələrin sosial-iqtisadi inkişafı, sabitlik, əmin-amanlıq seçkilərin yüksək səviyyədə keçiriləcəyini şərtləndirən vacib amillərdir: “Bütün respublikamızda olduğu kimi rayonumuzda da aparılan geniş və irimiqyaslı tikinti, abadlıq və quruculuq işlərinə, uzun illərdən bəri yığılıb qalan problemli məsələlərin həllinə göstərdiyi köməyə görə ölkə rəhbərinə dərin minnətdarlığımızı bildiririk. Nailiyyətlərimiz və uğurlarımız təbii ki, bundan sonra da davam edəcək. Ölkəmizdə mövcud olan siyasi sabitlik, iqtisadi uğurlar Ulu öndər Heydər Əliyev siyasətinin müdrikliklə, düzgün və inamla aparıldığının göstəricisidir. Rayonumuzda son beş ildə gedən quruculuq və abadlıq işlərinin, sosial-iqtisadi inkişafın canlı şahidlərisiniz. Daşkəsəni problemsiz həyat, xoş gələcək gözləyir”.
Müşavirədə Əhəd Abıyev seçkilərin tam şəffaf, demokratik şəraitdə keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.
Daha sonra müşavirədə Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbin müəllimi Duman Mahmudova, S.Vurğun adına 4 saylı tam orta məktəbin müəllimi Adilə Məmmədova, şəhid anası Qızbəs Abbasova və digərləri çıxış edərək qarşıdan gələn seçkilərə hazırlığın yüksək səviyyədə aparıldığını deyib, toplantı iştirakçılarına seçkilərin tam şəffaf, demokratik şəraitdə başa çatacağına əminliklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42

