Naxçıvan: seçkilərə hazırlıq işləri yüksək səviyyədə görülüb
28.10.2015 [10:01]
Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə noyabrın 1-də keçiriləcək seçkilərə Naxçıvan Muxtar Respublikasında bütün hazırlıq işləri yüksək səviyyədə görülüb. 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsində də bunun bir daha şahidi olduq.
Dairədə 49 seçki məntəqəsində seçicilər öz namizədlərinə səs verəcəklər. Həmin məntəqələrin hamısı artıq fəaliyyətdədir. Məntəqələrin 21-i muxtar respublikanın Babək rayonunda, 18-i Kəngərli rayonunda, 7-si Naxçıvan şəhərindədir. Ümumilikdə, bu məntəqələrdə 43 min 677 nəfər səs verəcək.
Seçki prosesinin internet üzərindən izlənməsini təmin etmək məqsədilə dairənin 3-41, 3-42, 3-45, 3-12, 3-17 nömrəli seçki məntəqələrində veb-kameralar quraşdırılıb. Seçkilərin şəffaf, demokratik şəkildə başa çatdırılması üçün yaradılan şərait ürəkaçandır. Bütün məntəqələr lazım olan avadanlıqlarla təchiz edilib. Məntəqələr telefonlaşdırılıb. Hər bir məntəqədə iş planı və növbətçilik cədvəli tərtib olunub. Seçki gününü və yerini göstərən bildirişlər seçicilərə paylanılıb.
Babək qəsəbə tam orta məktəbinin binasında Azərbaycan Respublikasının Milli Məclisinə 3-41 və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 19-1 nömrəli seçki məntəqələri yaradılıb. Burada hər iki məntəqə tərəfindən ayrı-ayrılıqda hazırlanmış “Seçicinin məlumat lövhəsi” vasitəsilə məntəqə seçki komissiyalarının tərkibi, iş planları, komissiya üzvlərinin vəzifə bölgüsü, deputatlığa qeydə alınmış namizədlərlə tanış olmaq mümkündür. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 3-41 saylı məntəqə seçki komissiyasının sədri Əli Hacıyev bildirib ki, məntəqədə görülən işlər Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq mərhələlər üzrə həyata keçirilib. Seçici siyahıları dəqiqləşdirilib.
Seçkidə 1186 seçicinin səs verəcəyini diqqətə çatdıran komissiya sədri onu da bildirib ki, onlardan 1-i 1919-cu il təvəllüdlü, 31 nəfəri ilk dəfə səs verənlərdir. İlk dəfə səs verəcək seçicilərlə söhbətlər də aparılıb.
Rayon Mədəniyyət Evində yaradılmış 3-42 və 19-2 saylı məntəqələrdə 1164 nəfər seçici səs verəcək ki, onlardan 16 nəfəri ilk dəfə səs verənlər siyahısındadır.
Şıxmahmud kənd tam orta məktəbində təşkil edilmiş 3-34, 22-1, Şıxmahmud kəndindəki uşaq musiqi, Yuxarı Uzunoba, Şəkərabad kənd tam orta məktəblərinin binalarında təşkil edilmiş 3-35, 22-2, 3-31, 22-6, 3-32, 22-5, 3-43, 19-5 saylı məntəqələr də seçkilərə tam hazırdır.
7 saylı Ordubad-Culfa seçki dairəsində də seçkilərə hazırlıq yüksək səviyyədə aparılır. Dairə 48 məntəqəni əhatə edir. Dörd məntəqə seçkilərə 5 gün qalmış yaradılacaq. Məntəqələrin çoxu yeni tikilmiş binalarda yerləşdirilib, bəziləri isə təmir edilərək hər cür şərait yaradılıb, seçki materialları, daşınan və daşınmaz qutular, kabinələr verilib, generatorlarla təmin edilib.
Qeyd edək ki, 7 saylı Ordubad-Culfa seçki dairəsi üzrə 34 min 609 seçici səs verəcək. Onlardan 29 min 8 nəfəri Ordubad rayonundandır. Dairə üzrə 682 nəfər, o cümlədən Ordubad rayonu üzrə 555 nəfər ilk dəfə səs verəcək gənclərdir. Seçki günü səsvermə prosesinin onlayn izlənməsi üçün 5 məntəqədə veb-kamera quraşdırılıb.
Dairənin Ordubad rayonu ərazisində yerləşən 4 və 5 saylı məntəqələrində seçkiyə hazırlıq işləri ilə də yaxından tanış olduq. Məntəqələr seçkilərə tam hazırdır. 4 saylı məntəqə Ordubad şəhər 3 nömrəli tam orta məktəbin binasında yerləşir. Səliqəli, işıqlı, yüksək zövqlə tərtib olunmuş məntəqədir. Səs vermək üçün hər cür şərait yaradılıb. Burada 1149 seçici qeydə alınıb.
Məntəqə seçki komissiyasının sədri, katib və üzvləri, habelə seçkini izləyəcək beynəlxalq və yerli müşahidəçilər üçün yerlər müəyyənləşdirilib, stol və stullar qoyulub. Lövhədə seçicilərin yaşadıqları ünvanlar üzrə siyahısı vurulub. Hər bir seçici öz adının seçki siyahısında olub-olmadığını həmin siyahıda dəqiqləşdirə bilər.
5 saylı seçki məntəqəsi isə Ordubad şəhərindəki internat məktəbində yerləşir. Məntəqə seçki komissiyasının sədri İlkin Quliyev bildirib ki, məntəqənin əhatə etdiyi ərazidə 810 seçici yaşayır, onlardan 11 nəfəri ilk dəfə səs verəcək. Məntəqədə hər şey Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun təşkil edilib. Ümumiyyətlə, burada vətəndaşların öz iradələrini azad şəkildə, heç bir maneə olmadan ifadə etmələrinə tam şərait yaradılıb.
Bütün bunlar belə deməyə əsas verir ki, muxtar respublikada növbəti parlament seçkilərinin demokratik, ədalətli keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Bu günədək ölkəmizdə keçirilmiş bütün seçkilərin muxtar respublikada yüksək səviyyədə baş tutması da qədim diyarda böyük demokratik seçki təcrübəsinin olduğunu bir daha təsdiqləyir.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18

