“Naxçıvan bayraqları” kitabının təqdimatı olub
07.11.2015 [10:17]
Noyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində bu müəssisənin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun “Naxçıvan bayraqları” (Bakı, 2015-ci il) kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı nəşrin əhəmiyyətindən danışıb, onun tariximiz üçün dəyərli töhfə olduğunu bildirib.
N.Vəlixanlı muzeydə Azərbaycanın dövlətçilik rəmzlərinin tarixinin araşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, “Azərbaycanın dövlətçilik rəmzləri” kitabında, “Azərbaycan bayraqları” kataloqunda muzeydə qorunan, dövlətçilik ənənələrinin qədimiliyini və zənginliyini nümayiş etdirən tarixi materiallar ilk dəfə əksini tapıb.
Kitabın müəllifi P.Gözəlov apardığı tədqiqatlardan, əldə olunan elmi nəticələrdən bəhs edib.
Sonra “Naxçıvan bayraqları” kitabı barədə məlumat verilib. Nəşrdə XVIII-XIX əsrin əvvəllərində mövcud olmuş Naxçıvan xanlığına məxsus, yeni aşkara çıxarılmış dövlət və döyüş bayraqları haqqında məlumat verilir. Müəllifin Rusiya Federasiyasının müxtəlif muzeylərində apardığı araşdırmalar nəticəsində müəyyənləşdirilmiş bayraqlar Azərbaycan dövlətçilik tarixini yeni faktlarla zənginləşdirib. Kitabda Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajında aşkarlanmış bayraqların tarixindən söz açılır, ilk dəfə onların təsvirləri, fotoları verilir.
Nəşrdə, həmçinin Milli Azərbaycan Tarixi Muzeyində dövlətçilik rəmzlərinin araşdırılması tarixi, muzeyin kolleksiyasında yer alan 12 xanlıq bayrağı, eləcə də Naxçıvanda formalaşdırılmış və Rusiya imperiyasının ordusunun tərkibində olmuş hərbi hissələrin döyüş bayraqlarının təsviri verilir.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın dövlətçilik tarixinin, o cümlədən dövlətçilik rəmzlərinin tarixinin araşdırılmasının əhəmiyyətindən danışıb. Qeyd edilib ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan Naxçıvan xanlığının dövlətçilik rəmzlərinin öyrənilməsi və təbliği istiqamətində son illər çox önəmli tədbirlər reallaşdırılıb.
Akademik İ.Həbibbəyli “Naxçıvan bayraqları” kitabının bayraqların təbliğində mühüm rol oynayacağına əminliyini bildirib.
Digər çıxış edənlər də kitab barədə fikirlərini bölüşüb, nəşri yüksək dəyərləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

