Oliver Boqler: Milli Onkologiya Mərkəzinin simasında biz etibarlı tərəfdaş tapdıq
17.11.2015 [10:05]
“Milli Onkologiya Mərkəzində yaradılmış şərait bizdə böyük təəssürat oyatdı. Yəni Mərkəz tibb texnikası, mobil diaqnostika kompleksi, o cümlədən ən müasir avadanlıqla təchiz edilib. Bu gün əyani gördüyümüz bütün bunlar Azərbaycan hökumətinin ölkənin səhiyyə sahəsinə ciddi investisiyalar yatırdığını göstərir. Zəngin maddi-texniki bazaya və kadr potensialına malik Milli Onkologiya Mərkəzini dünyanın aparıcı onkoloji mərkəzləri ilə bir sıraya qoymaq olar”.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində MD Anderson Xərçəng Mərkəzinin vitse-prezidenti Oliver Boqler deyib.
O, Milli Onkologiya Mərkəzi və MD Anderson Xərçəng Mərkəzi arasında imzalanmış uzunmüddətli əməkdaşlıq müqaviləsi haqqında da fikirlərini bölüşüb. Oliver Boqler deyib: “Onkoloji mərkəzlər arasında sıx əməkdaşlıq yaranıb. Belə ki, cari ildə martın 14-15-də Mərkəzin nümayəndələri Azərbaycanda olublar və Azərbaycan Milli Onkologiya Mərkəzi ilə birlikdə Bakıda onkologiyanın aktual problemlərinə həsr olunmuş konfrans keçiriblər. Bundan başqa, bu il ərzində MD Anderson Xərçəng Mərkəzinin nümayəndələri Milli Onkologiya Mərkəzinin apardığı tədqiqatlarla tanış olublar. Onlar burada çox mürəkkəb cərrahiyyə əməliyyatlarının, habelə ciddi elmi tədqiqatların aparıldığına əmin olaraq, Milli Onkologiya Mərkəzi ilə uzunmüddətli əməkdaşlıq haqqında müqavilənin imzalanmasına maraq göstəriblər. Bununla yanaşı, təcrübə mübadiləsi proqramı çərçivəsində MD Anderson Xərçəng Mərkəzinin mütəxəssisləri Milli Onkologiya Mərkəzinə gələcəklər.
Məlumdur ki, onkoloji xəstəliklər XXI əsrin ən geniş yayılmış xəstəlikləri sırasındadır və buna görə də bizim Mərkəz bu qorxulu xəstəliyə qarşı mübarizə üçün dünyada tərəfdaşlar axtarır. Əminliklə deyə bilərəm ki, Milli Onkologiya Mərkəzinin simasında biz etibarlı tərəfdaş tapdıq”.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

