Azərbaycanda dəfn mərasimlərinin icrası üçün maliyyə vəsaiti veriləcək
20.11.2015 [10:06]
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə hazırladığı “Məzar yerləri və məzarlıqlar haqqında” qərar layihəsinə dəfn mərasimlərini həyata keçirmək üçün insanlara maliyyə vəsaitinin verilməsi də daxil edilib”.
Bunu Trend-ə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O qeyd edib ki, layihədə gələcəkdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə insanlara dəfn mərasimlərini həyata keçirmək üçün vəsaitin verilməsi məsələsi də öz əksini tapıb: “Burada söhbət yardım göstərməkdən gedir. Bu vəsait ehsan vermək üçün deyil, dəfni icra etmək üçün nəzərdə tutulur”.
Komitə sədri əlavə edib ki, layihədə məzarlıqlarla bağlı bir çox məsələlər - məzar yerlərinin ayrılması, onların ölçüləri, büstü, onların ölçüləri, qəbirlərarası məsafələr, qəbiristanlıqla yaşayış məntəqələri arasında məsafələr, dəfn mərasimləri, qəbiristanlıqda dəfn mərasimlərinin icrası və s. öz əksini tapıb.
M.Qurbanlı deyib ki, məzarların saxlanılması və digər məsələlər üçün nəzərdə tutulan rüsumun məbləği çox cüzi olacaq: “Rüsumun məbləği qərar layihəsində göstərilməyib. Ancaq söhbət çox da böyük rüsumlardan getmir. Əgər şəhid ailəsi, şəhid olan vətəndaş, kimsəsiz insan olacaqsa, ona görə heç bir rüsum olmayacaq. Bu cür hallar layihədə nəzərə alınıb”.
Qərar layihəsinə pullu qəbiristanlıqların yaradılması məsələsinin daxil edilməməsinin səbəbini iki əsas amillə izah edən M.Qurbanlı deyib ki, İslamda “pullu qəbiristanlıq” anlayışı yoxdur. Bu məsələ Azərbaycanın qanunlarında da öz əksini tapmayıb: “Hesab edirəm ki, məzarlıqlar pullu ola bilməz. Məzarlıqlar vətəndaşlara pulsuz verilir və bundan sonra da belə olmalıdır”.
M.Qurbanlı hazırda qərar layihəsinə Nazirlər Kabineti tərəfindən baxıldığını da deyib.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

