/ / Ramil Usubov: Təəssüf ki, bu günədək Nardaranda bir ədəd də silah könüllü surətdə təhvil verilməyib
Ramil Usubov: Təəssüf ki, bu günədək Nardaranda bir ədəd də silah könüllü surətdə təhvil verilməyib
03.12.2015 [10:30]
Təəssüf ki, bu günədək Nardaranda bir ədəd də silah könüllü surətdə təhvil verilməyib.
AZƏRTAC xəbər verir ki, bu fikri daxili işlər naziri, general-polkovnik Ramil Usubov Nardaran hadisələri ilə bağlı Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Nazir R.Usubov noyabrın 26-dan etibarən Bakı şəhərinin Nardaran qəsəbəsində “Müsəlman birliyi hərəkatı” adlanan silahlı təşkilatın Azərbaycan dövlətinə və konstitusion quruluşuna qarşı açıq fəaliyyətə başladığını vurğulayıb. Nazir araşdırmalar nəticəsində “Müsəlman birliyi hərəkatı”nın bir ildən artıq müddətdə mövcud olduğunu və əsas məqsədinin qeyri-konstitusion yolla Azərbaycanda hakimiyyətə gəlmək, ölkəmizdə din pərdəsi altında şəriət qanunları ilə idarə edilən dövlət quruluşu yaratmaq olduğunu söyləyib.
Azərbaycanın dövlət və konstitusion quruluşunu dəyişməyə yönələn bu cür cinayətkarlıq aktlarının qarşısının qətiyyətlə alınacağını deyən R.Usubov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bununla bağlı hüquq mühafizə orqanlarına ciddi tədbirlər görməyi tapşırdığını bildirib. İlk əməliyyat zamanı Nardaran qəsəbəsində silahlı müqavimət göstərildi. Daxili işlər orqanlarının əməkdaşlarına avtomatlardan atəş açıldı, qumbaralar atıldı. Həmin silahlı dəstənin zərərsizləşdirilməsi zamanı iki polis əməkdaşı şəhid oldu.
Nardaranda dövlət qurumları ilə qarşıdurmaların əvvəlki illərdə də olduğunu xatırladan nazir bildirib ki, 2005-ci ildə də iki polis əməkdaşı bu qəsəbədə qətlə yetirildi. Bu günədək artıq 23-cü dəfədir ki, Nardaranda polislə qarşıdurma olur. Bu hərəkətlərlə bərabər, orada kriminogen durum, gərginləşir, kriminal hadisələr getdikcə artır. Orada bir neçə dəfə insan ölümü, narkotik maddələrin qanunsuz dövriyyəsinin artması, gənclərin bu bəlaya tutulması ilə bağlı çoxlu faktlar olub. Hətta orada torpaq sahəsi alan, ev tikən insanlara müxtəlif ultimatumlar verilirdi.
Nazir deyib ki, bütün bu halların qarşısını almaq üçün noyabrın 26-da Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarının birgə iştirakı ilə xüsusi əməliyyat planı işlənib hazırlanıb və tədbirlər görülməyə başlanıb. Bu gün artıq 32 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Həmin hadisədə polisə və hüquq mühafizə orqanlarının işçilərinə silah tətbiq edən cinayətkarlardan beşi məhv edilib.
Baş Prokurorluq tərəfindən intensiv istintaq işlərinin aparıldığını qeyd edən nazir bildirib ki, Nardaranda Daxili İşlər Nazirliyinin həm polis, həm də Daxili Qoşun qüvvələri vəziyyəti tamamilə nəzarət altına alıb. Dekabrın 1-də və 2-də heç bir insident baş verməyib. Biz orada yaşayan vətəndaşlardan silahı yerə qoymağı, əllərdə olan avtomat, tapança, qumbaraları könüllü olaraq təhvil verməyi tələb edirik. Təəssüflər olsun ki, bu günədək bir ədəd də silah könüllü surətdə təhvil verilməyib. Vətəndaşlardan, xüsusən də Nardaranda yaşayanlardan bir daha tələb və xahiş edirəm ki, əllərdə olan silahı təcili ərazidəki polis postlarına təhvil versinlər. Silahı könüllü surətdə təhvil verənlər haqqında heç bir cinayət işi başlanılmayacaq. Xüsusi əməliyyat nəticəsində artıq altı avtomat, çoxlu tapança, partlayıcı maddə və qurğular götürülüb və bu iş davam etdirilir.
Nazir sonda Azərbaycan ictimaiyyətinə və KİV-lərə Nardaranda baş verən hadisələrlə bağlı fəal münasibət bildirdiklərinə, bu insident zamanı dövlət, dövlətçilik mövqeyində durduqlarına, ictimai dəstəklərinə görə təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58

