/ / Məhkəmə-Hüquq Şurasının hakim assosiasiyaları rəhbərlərinin və hakimlərin iştirakı ilə geniş iclası keçirilib
Məhkəmə-Hüquq Şurasının hakim assosiasiyaları rəhbərlərinin və hakimlərin iştirakı ilə geniş iclası keçirilib
22.12.2015 [09:40]
Məhkəmə-Hüquq Şurasının (MHŞ) hakim assosiasiyaları rəhbərlərinin və hakimlərin iştirakı ilə geniş iclası keçirilib. Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu məhkəmə islahatının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyi bildirilib, bu sahədə əldə edilmiş nailiyyətlərin beynəlxalq aləmdə də etiraf olunduğu vurğulanıb.
Qeyd olunub ki, Avropa Şurasının mühüm təsisatı olan Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 12 illik fəaliyyətinə həsr olunmuş və bütün üzv dövlətlərdə yayılan xüsusi nəşrdə Azərbaycanda həyata keçirilən məhkəmə islahatına böyük önəm verilərək buna ayrıca bölmə həsr edilib.
MHŞ-dən AZƏRTAC-a bildiriblər ki, Avropa Şurasının bu nüfuzlu nəşrində ölkəmizdə irimiqyaslı məhkəmə islahatlarının müsbət nəticələri, o cümlədən məhkəmə özünüidarəsinin genişlənməsi, hakimlərin mütərəqqi seçimi, məhkəmə infrastrukturunun müasirləşməsi, texnoldoji yeniliklərin tətbiqi və şəffaflığın təmin olunması üzrə işlərin digər Avropa dövlətlərinə nümunə göstərilməsi məhkəmə islahatlarımıza verilən dəyərin və dövlətimizin beynəlxalq nüfuzunun daha bir təzahürüdür.
İclasda, həmçinin məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə mütərəqqi beynəlxalq təcrübəyə uyğun islahatların intensiv davam etdirilməsi qeyd olunub, bu məqsədlə hazırlanmış yeni layihələrlə bağlı müzakirələr aparılıb.
Həmçinin iclasda 2010-cu ildə yeni qaydalarla seçilmiş 20-dən çox hakimin, habelə bir sıra məhkəmə sədrlərinin səlahiyyət müddətinin başa çatdığı bildirilib, onların hər birinin fəaliyyətinin yerində öyrənilməsi, yuxarı instansiya məhkəmələri tərəfindən təqdim edilmiş rəylərin və digər məlumatların ətraflı təhlil olunduğu vurğulanıb.
Səlahiyyət müddəti başa çatan hakimlərin iştirakı ilə keçirilən iclasda açıq və ətraflı müzakirələr aparılmaqla onların hər birinin fəaliyyəti prinsipial qiymətləndirilib. Vətəndaşların şikayətlərini doğuran nöqsan və çatışmazlıqlar, habelə yol verilən xarakterik pozuntular nəzərə çatdırılıb, belə halların qətiyyətlə aradan qaldırılması üzrə tapşırıqlar verilib, ədalətli və qərəzsiz olmaqla hakim adının və şərəfinin daim uca tutulmasının, vətəndaşlara qayğılı münasibətin hər bir hakimin əsas vəzifəsi olduğu vurğulanıb.
Müzakirələrdən sonra hakimlərin fəaliyyətinin qiymətləndirilməsi nəticələri üzrə onların təyinatına dair müvafiq təkliflər hazırlanıb.
İclasda, həmçinin hakimlər barədə intizam icraatına baxılaraq, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara, icra intizamının kobud pozulmasına yol verdiyinə görə Şamaxı rayon məhkəməsinin hakimi Təranə Hüseynova ciddi intizam məsuliyyətinə cəlb edilib, bu kimi hallara yol verdiklərinə görə 3 hakim barədə intizam icraatları başlanılıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

