Nəqliyyat naziri Ucar rayonunda ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşüb
02.02.2016 [09:50]
Nəqliyyat naziri Ziya Məmmədov fevralın 1-də Ucar rayonunda ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşüb. Görüşdə şəhər sakinləri regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlər, verilən tapşırıqlar, nəzərdə tutulan tədbirlər barədə daha yaxından məlumatlandırılıblar.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşü rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov açıb. İcra Hakimiyyətinin başçısı son illərdə rayonda reallaşdırılan sosial-iqtisadi layihələrdən, bu gün dünyanı bürüyən maliyyə-iqtisadi böhran şəraitində Prezident İlham Əliyevin tapşırığı ilə bölgələrdə keçirilən bu cür görüşlərin əhəmiyyətindən danışıb.
Sonra çıxış edən nazir Ziya Məmmədov diqqəti Prezident İlham Əliyevin Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr edilən konfransdakı nitqinə, qarşıya qoyulan konkret vəzifələrə yönəldib. Dövlətimizin başçısının “Azərbaycanın inkişafı bölgələrin inkişafından keçir” sözlərini xatırladan nazir, Prezidentin bölgələrə diqqət və qayğısının regionların sosial-iqtisadi inkişafına böyük təkan verdiyini vurğulayıb.
Ötən ilin dünyada dərinləşən iqtisadi və sosial böhran ili kimi yadda qaldığını xatırladan nazir, son 12 ildə Azərbaycanda bütün sahələrdə qazanılan nailiyyətləri konkret faktlarla diqqətə çatdırıb.
Bildirilib ki, dünyadakı iqtisadi böhran, neftin dəfələrlə ucuzlaşması qarşıya ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən asılılıqdan tam azad edilməsi kimi mühüm vəzifələr qoyub. Bu sahədə dövlətimizin başçısının verdiyi konkret tapşırıqlar xalq tərəfindən də dəstəklənir.
Görüşdə çıxış edən ağsaqqallar, ziyalılar, sahibkarlar ölkəmizin çiçəklənməsi, xalqımızın güzəranının yaxşılaşdırılması ilə əlaqədar görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Nazir Ziya Məmmədov təklif və müraciətləri dinləyib, rayonda sahibkarlığın inkişafı, sosial-iqtisadi sahədə daha böyük uğurların qazanılması ilə əlaqədar işgüzar fikir mübadiləsi aparıb.
Sonda əlaqədar qurumlara konkret tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

