AzMİU-da tələbə və magistrantların elmi konfransı keçirilib
06.05.2016 [10:14]
Dünən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tələbə və magistrantların 38-ci elmi konfransı keçirilib. Konfransın keçirilməsində əsas məqsəd tələbələri elmi-tədqiqat işlərinə cəlb etmək, gələcək mütəxəssislərin hazırlıq səviyyəsini yüksəltmək, magistrantların araşdırmalarını elmi ictimaiyyətə təqdim etməkdir. Ənənəvi olaraq hər il keçirilən konfrans öz işini iki gün bölmələrdə davam etdirəcək, bölmələrdə 450-yə yaxın məruzə dinləniləcək.
Tədbiri giriş sözü ilə AzMİU-nun elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov açaraq Ulu öndərin xatirəsinə həsr edilmiş bu konfransın 38-ci dəfə keçirildiyini bildirib. Prorektor belə konfransların gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasında mühüm amilə çevrildiyini vurğulayıb, onlara uğurlar diləyib. Azərbaycanda elmin, təhsilin inkişafında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu, bu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən prorektor bu sahənin daim diqqət mərkəzində saxlanıldığını və belə tədbirlərin gənclərin yüksək bilik əldə etmələrinə dəstək verdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Konfransda “Ordumuz qürurumuzdur” adlı məruzəylə çıxış edən AzMİU-nun ictimai fənlər kafedrasının dosenti Bəhram Avılov son günlər cəbhədə təmas xəttində baş verən olaylardan, qəhrəman ordumuzun və əsgərlərimizin göstərdikləri şücaətlərdən danışıb, Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu, vətənpərvər, savadlı gəncliyin yetişməsindən qürurlandığını vurğulayıb.
“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” adlı məruzəylə çıxış edən 3-cü kurs tələbəsi Hürü Mamıyeva Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan və doğum günü ərəfəsində hər il ənənəvi olaraq keçirilən elmi konfransın xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Konfrans öz işini bölmələrdə davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25

