Masallıda çayçılıq və tərəvəzçiliyin inkişafı üçün geniş imkanlar var
10.06.2016 [09:56]
Masallı rayonu çayçılıq və tərəvəzçilik sahəsində zəngin təcrübəyə malikdir. Yaxın gələcəkdə 100 hektar sahədə yeni çay plantasiyasının salınması nəzərdə tutulur. Hər iki sahənin inkişafı suvarma suyu ilə təminatdan bilavasitə asılıdır.
Bu fikirlər Masallıda kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səslənib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupun üzvləri iyunun 8-də Masallı rayonunda olublar.
Əvvəlcə işçi qrupunun rəhbəri, Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin aqrar və sənaye məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov və qrup üzvləri Masallı rayonunun Kolatan kəndində yeni salınmış çay plantasiyasına və Qızılağac kəndində “Azərsun Holdinq” Şirkətlər Qrupuna məxsus əkin sahələrinə gəlib, təsərrüfat işlərinin gedişi ilə maraqlanıblar.
Sonra şəhərdəki Heydər Əliyev Mərkəzində fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, müvafiq idarə və təşkilat rəhbərlərinin, təsərrüfat sahiblərinin, bələdiyyə sədrlərinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonun aqrar sektorunda görülən işlərdən, bu sahədə qarşıda duran vəzifələrdən bəhs edib. Qeyd olunub ki, rayonda çayçılığın əvvəlki şöhrətini bərpa etmək məqsədilə Kolatan kəndində 45 hektar ərazidə yeni çay plantasiyası salınıb. Gələcəkdə bu rəqəmin 100 hektara çatdırılması nəzərdə tutulub. Qızılağac kəndində isə “Azərsun Holdinq” Şirkətlər Qrupu tərəfindən 150 hektar sahədə tərəvəz məhsullarının və tütünün yığımına başlanılıb.
Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin aqrar və sənaye məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edərək bildirib ki, işçi qrupu tərəfindən rayonlarda keçirilən görüşlərdə əsas məqsəd aqrar sahədə potensialı və imkanları öyrənmək, eyni zamanda, mövcud problemlərlə bağlı fermerlər və torpaq mülkiyyətçiləri ilə fikir mübadiləsi aparmaqdır.
Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlardan, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlərdən danışan Azər Əmiraslanov qeyd edib ki, Prezident İlham Əliyevin aqrar sektorun inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından irəli gələrək, yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsulları istehsalının artırılması, xüsusilə ixractutumlu sahələrin inkişafı mühüm əhəmiyyət kəsb edir.
Masallıda təcrübəli təsərrüfat rəhbərlərinin, sahibkarların olduğunu vurğulayan Prezident Administrasiyasının rəsmisi rayonda ənənəvi kənd təsərrüfatı sahələrinin, çoxillik bitkilərin, o cümlədən çayçılığın inkişafı üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.
Diskussiya şəraitində keçən müşavirədə məhsul istehsalçıları, fermerlər çıxış edərək, görülmüş işlərdən danışıb, rayonda çayçılığın, tərəvəzçiliyin və digər təsərrüfat sahələrində mövcud olan problemlərin aradan qaldırılması yollarından bəhs ediblər.
Müşavirədə rayonda ənənəvi əkin və təsərrüfat sahələrinin inkişafı ilə bağlı müxtəlif təkliflər irəli sürülüb. Masallıda konserv zavodlarının fəaliyyətinin bərpa edilməsi, Viləşçay su anbarının ikinci növbəsinin tikintisi, tədarük məntəqələrinin açılması, çayçılığın inkişafı ilə bağlı fermerlərə uzunmüddətli güzəştli kreditlərin verilməsi, istifadə olunmayan torpaq sahələrinin dövriyyəyə qaytarılması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi kimi təkliflər səsləndirilib.
İşçi qrupun üzvləri təkliflərə münasibət bildirib, onların həlli istiqamətində görüləcək işləri və qarşıda duran vəzifələri diqqətə çatdırıblar.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

