Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Aprel döyüşü Azərbaycan Ordusunun qüdrətini bir daha sübut etdi

Aprel döyüşü Azərbaycan Ordusunun qüdrətini bir daha sübut etdi

25.06.2016 [13:10]

İyunun 23-də Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və icra hakimiyyətlərinin əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, döyüşlərdə şəhid olmuş əsgər və zabitlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək bildirib ki, bu gün Azərbaycan Silahlı Qüvvələrində quruculuq prosesi davam etdirilir, ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. 2016-cı ilin aprel ayında dördgünlük döyüş Azərbaycan Ordusunun qüdrətini bir daha sübut edərək göstərdi ki, bu ordu nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşməndən qorumağa, həm də işğal olunmuş ərazilərimizi qısa müddətdə düşməndən azad etməyə qadirdir. Yaxın gələcəkdə torpaqlarımız işğaldan azad olunacaq və üçrəngli bayrağımız Qarabağda dalğalanacaq.
Tədbirdə Füzili rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və Qubadlı rayon ağsaqqalları adından Şükür Bərxudarov və Nəriman Həmidov çıxış edərək, Silahlı Qüvvələr Günü münasibətilə əsgər və zabitləri təbrik ediblər.
Sonda konsert proqramı nümayiş etdirilib.

Paylaş:
Baxılıb: 651 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Sosial

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31