/ / “Fuad Qəhrəmanlı xalqı nizam-intizamsızlığa, iğtişaşlara, hakimiyyəti güc yolu ilə dəyişməyə çağırırdı” - Məhkəmə
“Fuad Qəhrəmanlı xalqı nizam-intizamsızlığa, iğtişaşlara, hakimiyyəti güc yolu ilə dəyişməyə çağırırdı” - Məhkəmə
12.11.2016 [00:54]
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid Balababa Allahnəzərov ifadə verib. O, iddia edib ki, Fuad Qəhrəmanlının yazdığı statusa şərh yazıb və burada hər hansı cinayət yoxdur.
B.Allahnəzərov ibtidai istintaqa ifadəsində isə bildirib ki, Fuad Qəhrəmanlının “facebook” sosial şəbəkəsində olan şəxsi səhifəsində sonuncu tərəfindən yazılan çıxışa bəyənmə işarəsi edib və şərhi həqiqətən öz şəxsi səhifəsinə girərək yazıb. Burada məqsəd F.Qəhrəmanlı və onun kimilərini dəstəkləmək və bəyənmək olmayıb. Fikri ondan ibarət olub ki, İmam Hüseyn kimi tarixi bir şəxsi bəyənmək, sonuncunun həmin dövr üçün düzgün bir addım atdığını bildirmək və şərh yazmaqla bunu ifadə etmək olub.
F.Qəhrəmanlı ilə həyatda və sosial şəbəkələrdə heç bir şəxsi və uzaq tanışlığı olmayıb. Lakin sonuncunu mediada və sosial şəbəkədə şəkillərini və yazılarını görərək tanıyıb.
Daha sonra iclasda şahid Elxan Məmmədov ifadə verib. O da deyib ki, F.Qəhrəmanlının statusuna şərh yazıb, buna görə istintaqa ifadə verib. O, F.Qəhrəmanlının fikirlərini qəbul etmədiyini bildirib.
Vəkillər isə ondan fikirlərini qəbul etmədiyi adamın statusuna niyə dəstəkləyici şərh yazdığını soruşublar. O, sosial şəbəkəni ciddi hesab etmədiyini, bunu fikirləşmədən etdiyini deyib.
Daha sonra onun istintaqa ifadəsi elan edilib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Fuad Qəhrəmanlının “facebook” sosial şəbəkəsində olan şəxsi səhifəsində sonuncu tərəfindən yazılan çıxışa bəyənmə işarəsi edib və həmin şərhi həqiqətən o, öz şəxsi səhifəsinə girərək yazıb. Məqsədi isə F.Qəhrəmanlını dəstəkləmək olmayıb. F.Qəhrəmanlı ilə həyatda və sosial şəbəkələrdə heç bir şəxsi və uzaq tanışlığı olmayıb. Onu mediada və sosial şəbəkədə şəkillərini və yazılarını görərək tanıyıb. F.Qəhrəmanlının siyasi fikirlərini bəyənməyib. Ona görə ki, F.Qəhrəmanlının xalqı mitinqlərə, aksiyalara, nizam-intizamsızlığa, iğtişaşlara, hakimiyyəti güc yolu ilə dəyişməyə çağırışları olub. Hətta o, son zamanlar F.Qəhrəmanlının fikirlərinin tam əleyhinə gedərək öz özlüyündə sonuncunun xalqı çaşdırmağına, gənclərə pis nümunə olaraq onları vətəndaş davasına, dini nifrət və dinlər arasında təfriqə və düşmənçilik yaratmasına etirazını bildirərək bu kimi şəxslərin xalqın və millətin gənclərini, vətəndaşlarını yanlış fikirləri ilə çaşdıraraq uçuruma aparmasını yəqin edib.
Daha sonra vəkil Yalçın İmanov vəsatətlə çıxış edib. O, Taleh Bağırovun müraciət kitabı adlanan kitabçanın iş materiallarında olmadığını deyib. Bildirib ki, həmin kitabçalar maddi sübut kimi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Vəkil həmin kitabça ilə tanış olmaq istədiyini deyib. Hakim bununla bağlı həmin orqana müraciət ediləcəyini deyib.
Vəkil Nemət Kərimli Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında təqsirsizlik prezumpsiyasının pozulduğunu deyib və həmin məlumatın iş materiallarına əlavə edilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.
Daha sonra Y.İmanov bildirib ki, hadisə zamanı xəsarət alan Şamil Abduləliyevin təcili tibbi yardım stansiyasına müraciət etməsi barədə onda sənəd var: “Bu onu göstərir ki, hadisə yerinə təcili tibbi yardım çağırılmayıb”.
Vəkil həmin sənədin iş materiallarına əlavə edilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.
Sonra iclasda Zahid Mehdiyev ifadə verib. O, F.Qəhrəmanlını sosial şəbəkə vasitəsi ilə tanıdığını, onun statusuna şərh yazdığını, sonradan peşman olduğunu deyib. Bildirib ki, insanları mitinqə, iğtişaşa çağırmağı qəbul etmir: “Ölkədə sabitlik var və bunu qorumaq lazımdır”.
Vəkil Y.İmanov isə bildirib ki, hər kəs fikrini ifadə etməkdə sərbəstdir: “Siz Avropa ölkələrini ikili standartda qınamaqla bağlı şərh yazmısınız. Burada peşmançılıq nədən ibarətdir ki? Hazırda şərh yazmırsınız?” Şahid isə deyib ki, hazırda ancaq idman və əyləncə ilə bağlı mövzulara şərh yazır, siyasi məsələlərə qarışmaq istəmir: “Hesab edirəm ki, mən şərh yazmamalı idim. Ötəri oxuyub yazmışdım. Həmin statusu dərk etmirdim”.
Z.Mehdiyev ibtidai istintaq zamanı ifadə verəndə ona hər hansı təzyiq olmadığını da deyib.
Daha sonra onun istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, ifadəsində bildirib ki, F.Qəhrəmanlının “facebook” sosial şəbəkəsində olan şəxsi səhifəsində sonuncu tərəfindən yazılan çıxışa bəyənmə işarəsi edib və həmin şərhi həqiqətən o, öz şəxsi səhifəsinə girərək yazıb. Lakin F.Qəhrəmanlını dəstəkləmək məqsədi güdməyib. F.Qəhrəmanlı ilə həyatda və sosial şəbəkələrdə heç bir şəxsi və uzaq tanışlığı olmayıb. Onu mediada və sosial şəbəkədə şəkillərini və yazılarını görərək tanıyıb. F.Qəhrəmanlının siyasi fikirlərini bəyənməyib. Ona görə ki, F.Qəhrəmanlı xalqı mitinqlərə, aksiyalara, nizam-intizamsızlığa, iğtişaşlara, hakimiyyəti güc yolu ilə dəyişməyə çağırışları olub. Hətta o, son zamanlar F.Qəhrəmanlının fikirlərinin tam əleyhinə gedərək öz özlüyündə sonuncunun xalqı çaşdırmağına, gənclərə pis nümunə olaraq onları vətəndaş davasına, dini nifrət və dinlər arasında təfriqə və düşmənçilik yaratmasına etirazını bildirərək bu kimi şəxslərin xalqın və millətin gənclərini, vətəndaşlarını yanlış fikirləri ilə çaşdıraraq uçuruma aparmasını yəqin edib.
İclasda hakim bildirib ki, şahid Adil Abdullayevin çağırış vərəqəsi məhkəməyə geri qayıdıb. Orada şahidin Türkiyəyə köçdüyü qeyd edilib. Bundan əlavə şahidlər Samir Babayev və Valeh Abbasovun Sabunçu rayon Polis İdarəsinə aparılaraq təzyiqə məruz qalmaları barədə Bakı şəhər Prokurorluğuna edilən müraciətə cavab verilib. Həmin cavab məktubunda faktın öz təsdiqini tapmadığını bildirilib.
Hakim Nardaran sakinləri olan şahidlərin məhkəməyə gətirilmələrinin təmin edilməsi üçün Sabunçu rayon icra Hakimiyyətinə müraciət ediləcəyini də deyib. Vəkillər isə şahidlərin məhkəmə tərəfindən çağırılmalarını istəyiblər. Bildiriblər ki, icra hakimiyyəti də işdə tərəfdir. Hakim onların məhkəməyə özləri tərəfindən çağırılmalarının təmin ediləcəyini deyib.
Proses noyabrın 14-də davam etdiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43

