“Evə silah və partlayıcı maddələr yığırdılar” - Nardaran işi
15.11.2016 [10:02]
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesdə şahid qismində ifadə verən Hüseynbala Mehdiyev bildirib ki, F.Qəhrəmanlının sosial şəbəkədə yazdığı statusa şərh yazdığı üçün istintaqa çağırılaraq ifadə verib.
Bildirib ki, ondan Taleh Bağırovu tanıyıb-tanımadığı soruşublar, o da tanımadığını deyib. Fuad Qəhrəmanlının hansı statusuna nə şərh yazdığını isə xatırlamadığını bildirib: “Mən hər şeyin seçki ilə olmasının, seçkiyə vətəndaşların getməsinin tərəfdarıyam və bu mənim mövqeyimdir. İfadə verən zaman mənimlə çox yaxşı rəftar etdilər. Sonra dedilər ki, oxu və imzala. Lakin eynəyim evdə qaldığı üçün oxuya bilmədim və imzaladım”.
Şahid həmin hadisədən sonra heç bir statusa şərh yazmadığını da deyib.
Daha sonra şahid qismində Nardaran sakini Xəqani Dadaşov ifadə verib. Daha sonra onun istintaqa ifadəsi elan olunub.
O, ifadəsində deyib ki, Taleh Bağırov hər kəsi silahlanmağa və dövlətə qarşı qalxmağa səsləyib: “Deyirdi ki, dini dövlət qurmaq lazımdır. “Müsəlman Birliyi Hərəkatı”nın üzvü kimi mənə vəsiqə vermişdilər. Biz elə bilirdik ki, Taleh Bağırov bunu dini təbliğat və bizim yaxşılığımız üçün edir. Sonradan bildik ki, onun məqsədi təxribat və bizi prezidentə qarşı qaldırmaq olub. Taleh Bağırov və ətrafındakıların pis niyyətlərini anladığım üçün vəsiqəni cırıb atdım, onlardan uzaqlaşdım. Ötən il noyabrın 25-də Əbülfəz Bünyatovun evinin yanından keçəndə gördüm ki, silah və partlayıcı maddələr yığırlar. Deyirdilər ki, polislər kəndə gələndə hücum edəcəklər. Sonra eşitdim ki, Talehin adamları polisləri öldürüblər”.
Daha sonra hakim bildirib ki, “Müsəlman Birliyi Hərəkatı”nın sədri Taleh Bağırovun müraciət kitabçasının alınması üçün istintaq orqanına göndərdikləri sorğuya cavab olaraq həmin kitabça məhkəməyə təqdim edilib. O, vəkillərin istədikləri vaxt onunla tanış ola biləcəklərini deyib.
Prosesdə fasilə elan edilib.
Fasilədən sonra davam edən iclasda hakim bildirib ki, şahidlərdən Sərdar Bünyadov və daha bir neçə nəfər məhkəməyə müraciət edərək istintaqa verdikləri ifadəni təsdiq etdiklərini, iclasa gəlmək istəmədiklərini bildiriblər. T.Bağırov isə onların dindirilməsini istəyib.
Təqsirləndirilən Aqil İsmayılovun vəkili onun gözündə problem olduğunu, yeni eynək təyin olunmasının vacibliyini deyib. O, həkim tərəfindən A.İsmayılova yeni eynək təyin edilməsini istəyib.
Hakim bildirib ki, həmin həkimin adını və soyadını məhkəməyə təyin etsələr, onun istintaq təcridxanasına buraxılmasına şərait yaradılacaq.
Daha sonra hakim şahidlərin məhkəməyə gəlmədiklərini bildirib və buna görə iclas noyabrın 16-na təxirə salınıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

