/ / “Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti” mövzusunda beynəlxalq seminar işə başlayıb
“Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti” mövzusunda beynəlxalq seminar işə başlayıb
15.11.2016 [10:04]
Noyabrın 14-də Bakıda Müəllif Hüquqları Agentliyi (MHA), Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) əməkdaşlığı çərçivəsində “Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti” mövzusunda beynəlxalq seminar işə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Dünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun həyata keçirilməsi ilə bağlı 2014-2017-ci illər üzrə Fəaliyyət Planı” çərçivəsində təşkil olunan seminarda MHA-nın sədri Kamran İmanov əqli mülkiyyət siyasətinin mahiyyətindən, DƏMT ilə əməkdaşlıqda həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, ali məktəblərin və təcrübi-konstruktor müəssisələrinin elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsində bu cür beynəlxalq görüşlərin müsbət rolunu qeyd edib.
Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, elmi-texniki tərəqqi əqli mülkiyyət hüquqlarının qorunmasına yeni yanaşma tələb edir. Bunu nəzərə alaraq, dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmizdə əqli mülkiyyət və müəlliflik hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər görülüb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, innovasiyalar iqtisadiyyatın inkişafına xidmət edən vacib amildir. İqtisadi inkişafın səviyyəsi, sənayenin rəqabətqabiliyyətliliyi investisiyaların həcmi ilə bərabər, innovativliyinin səviyyəsi ilə qiymətlədirilir.
DƏMT-in keçid iqtisadiyyatı və inkişaf etmiş ölkələr departamentinin müdiri Mixal Şvantner seminarın elm və təhsil müəssisələri arasında əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcəyinə, tərəflər üçün faydalı olacağına əminliyini bildirib, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə mövzuya dair məruzələr dinlənilib, müzakirələr aparılıb.
MHA-nın sədri Kamran İmanov çıxışında bildirib ki, DƏMT-in dəstəyi ilə təşkil edilən beynəlxalq seminarın böyük əhəmiyyəti və maraqlı tarixi var.
K.İmanov seminarın öz məqsədlərinə nail olacağına əminliyini bildirib, iştirakçılara uğurlar arzulayıb.
Beynəlxalq seminarda DƏMT-nin keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr departamentinin müdiri Mixal Svantner “Universitetlərdə və təcrübi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasətinin inkişafına DƏMT-in dəstəyi”, Avropa patent müvəkkili, ActoGenix NV şirkətinin sabiq təsisçisi və baş konsulu Emil Pot “Avropa universitetlərində və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasətindən istifadə”, DƏMT-in məsləhətçisi Mohammad Alhabbal “Keçid iqtisadiyyatlı ölkələrdə universitetlər və elmi-tədqiqat institutları üçün əqli mülkiyyət siyasəti - DƏMT qaydaları”, Polşanın Yagellon Universitetinin dosenti Dariuş Kasprzycki “Təcrübə mübadiləsi və uğurlu tarix: Polşa universitetlərində və tədqiqat universitetlərində əqli mülkiyyət siyasətinin önəmi və əlavə dəyəri” mövzularında, həmçinin yerli dövlət orqanları və təhsil müəssisələrinin nümayəndələri məruzələrlə çıxış ediblər.
Seminar noyabrın 15-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

