Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / UNEC-də YAP-ın yaranmasının 24 illiyinə həsr olunan tədbir keçirilib

UNEC-də YAP-ın yaranmasının 24 illiyinə həsr olunan tədbir keçirilib

22.11.2016 [10:10]

Noyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 24 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri, Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktor müavini Təranə Kərimova partiyanın keçdiyi yola qısa nəzər salıb. Bildirib ki, YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ağır sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb.
YAP UNEC ilk ərazi təşkilatı İdarə Heyətinin üzvü, universitetin Daxili audit şöbəsinin müdiri Hikmət Babayev Yeni Azərbaycan Partiyasının ümummilli partiya olduğunu, bu gün bu şərəfin və qürurun hər kəs tərəfindən yaşandığını qeyd edib. O, YAP-ın təkcə partiya üzvlərinin deyil, həm də qəlbi hər zaman Vətənə sədaqət, sevgi ilə dolu olan hər kəsin partiyası olduğunu bildirib.
Tədbirdə məşhur “91-lər”dən Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Vilayət Əliyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Hacan Hacıyev də çıxış ediblər. Natiqlər YAP-ın Azərbaycanda siyasi əqidənin əsasını qoyduğunu, ölkədə siyasi stabillik yaratdığını, ölkəni çətin dövrlərdə parçalanmadan xilas etdiyini və Azərbaycanın inkişafına misilsiz töhfələr verdiyini qeyd ediblər. Çıxışçılar həmçinin Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu inkişaf strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdiyini bildiriblər.

Paylaş:
Baxılıb: 573 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31