Tərcümə Mərkəzinin yeni nəşri - Migel Delibesin “Seçilmiş əsərləri” kitabı təqdim olunub
24.11.2016 [09:58]
Noyabrın 23-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında dünya şöhrətli ispan yazıçısı Migel Delibesin “Seçilmiş əsərləri” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Tərcümə Mərkəzinin direktoru Afaq Məsud çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyətindən, mütəmadi olaraq dünya ədəbiyyatının görkəmli simalarının əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsindən danışıb. Mərkəzin hər zaman kəmiyyətə deyil, keyfiyyətə önəm verdiyinə toxunan Afaq Məsud deyib ki, tərcümə prosesində ciddi ədəbiyyata yer verilməsi olduqca vacibdir. Migel Delibesin “Seçilmiş əsərləri”nin tərcüməsi də bu ənənədən qaynaqlanır.
Tərcümə Mərkəzinin direktoru vurğulayıb ki, hər il 20-30 adda kitabın mərkəz tərəfindən tərcümə olunaraq nəşr edilməsi prosesi bir daha cəmiyyətimizin diqqətini ciddi ədəbiyyata yönəltmək məqsədi daşıyır.
Bildirilib ki, mərkəzin fəaliyyətinin vacib istiqamətlərindən biri də ciddi ədəbiyyatı gündəmə gətirməklə insanların diqqətini sağlam ədəbi mühitə yönəltməkdir. Bütün bu müvafiq proseslərin xarici ölkələrin Azərbaycandakı səfirlikləri vasitəsilə həyata keçirildiyini qeyd edən Afaq Məsud dünya ədəbiyyatı klassiklərini ana dilimizə tərcümə etməklə yanaşı, eyni zamanda, Azərbaycan klassiklərinin əsərlərini də dünyaya çatdırmaq üçün lazımi addımların atıldığını bildirib. Tərcümə Mərkəzi artıq bu istiqamətdə həyata keçirilən tədbirlər planının davamı olaraq bir neçə səfirliklə danışıqlar aparır.
Azərbaycan ilə İspaniya ədəbi mühitinin bir-birinə ruhən yaxın olduğunu söyləyən natiq deyib ki, iki ölkə arasındakı mədəni-ədəbi əlaqələr bundan sonra da uğurla davam edəcək.
Tərcümə Mərkəzinin gördüyü işləri yüksək qiymətləndirən İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Jose Luis Diez qurumun rəhbərliyinə minnətdarlığını bildirib.
İspan ədəbiyyatının görkəmli nümayəndəsi Migel Delibesin yaradıcılığından bəhs edən diplomat deyib ki, yazıçı, eyni zamanda, dünyanın müxtəlif dillərinə tərcümə olunan 50-dək kitabın müəllifidir. Migel Delibes bir sıra mükafatlara, o cümlədən, ispandilli ədəbiyyatın ən nüfuzlu mükafatı sayılan “Servantes” mükafatına layiq görülüb. O, “Kafir” romanına görə Nobel mükafatına namizəd göstərilib.
Vurğulanıb ki, yazıçının romanlarında kasıb ispan kəndləri, az qala həyat nişanəsi olmayan xırda şəhərlər, bir sözlə, öz tənhalığının içində vurnuxan insanlar təsvir edilir. Yazıçının mövzu dairəsi olduqca genişdir, o, əsərlərində həyatın yeni-yeni qatlarını əhatə edir, sivilizasiyaların birbaşa tənqidindən fərqli olaraq, onun daşıyıcılarının sosial faciəsini araşdırmağa başlayır. Ona görə də yazıçı vətəndaş müharibəsindən sonrakı ispan ədəbiyyatının görkəmli nümayəndəsi kimi yaddaşlarda yaşayacaq.
Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva Tərcümə Mərkəzinin gördüyü işlərdən məmnunluğunu ifadə edərək atılan addımları yüksək dəyərləndirib, qurumun rəhbəri Afaq Məsuda təşəkkürünü bildirib.
Daha sonra Migel Delibesin “Seçilmiş əsərləri” kitabı iştirakçılara təqdim olunub.
Qeyd edək ki, kitabda yazıçı haqqında məlumatla yanaşı, onun “Sərsəm”, “Altmış yaşlı həyat aşiqinin məktubları”, “Taxtdan salınmış şahzadə” və “Dəfinə” əsərləri yer alıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

