Prezident Kitabxanasında İrəvan xanlığının tarixi ilə bağlı yeni əsərlərin təqdimatı olub
25.11.2016 [09:38]
Noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan, ingilis və rus dillərində nəşr edilmiş, İrəvan xanlığının tarixinə dair dörd adda broşürün təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun, Prezident Kitabxanasının və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, “İrəvan xanlığı” və digər fundamental tədqiqatlar kimi bu əsərlər də Prezident İlham Əliyevin təşəbbüsü ilə yazılıb. Bu kitabçalar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İrəvan xanlığının tarixinə dair dörd adda broşürün nəşr olunması” layihəsi çərçivəsində ATİB tərəfindən nəşr edilib. Layihənin rəhbəri və nəşrlərin elmi redaktoru Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır. “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi Xan sarayı” və “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi İrəvan məscidləri” kitabçalarının müəllifi Tarix İnstitutunun böyük elmi işçisi Nazim Mustafa, “İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası” və “Çuxursəd hakimləri və İrəvan xanları” kitabçalarının müəllifi isə bu elm müəssisəsinin aparıcı elmi işçisi Güntəkin Nəcəflidir.
M.Əhmədov diqqətə çatdırıb ki, Prezident Kitabxanasında Azərbaycanın dövlətçilik tarixinə, dövlət rəmzlərinə, erməni vandalizminə, erməni cinayətlərinə, 20 Yanvar və Xocalı faciələrinə dair elektron resursların hazırlanması zamanı ilk növbədə Tarix İnstitutunun əməkdaşlarının əsərlərindən istifadə edilib. Təqdim olunan broşürlərin diplomatik korpuslar və Azərbaycan diasporunun təmsilçilərinin vasitəsilə xaricdə yayılması ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında və erməni yalanlarının ifşa edilməsində mühüm rol oynayacaq.
Y.Mahmudov qeyd edib ki, müasir Ermənistanın ərazisi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları idi. Azərbaycan və digər türk xalqlarının qəhrəmanlıq eposu sayılan “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda - İrəvan xanlığının ərazisində cərəyan edib. Çar Rusiyası erməniləri Qacarlar İranı və Osmanlı imperiyası ərazisindən Cənubi Qafqaza köçürdükdən sonra Azərbaycan xalqına qarşı etnik təmizləmələr, zorakı deportasiyalar və soyqırımları dövrü başlanıb. Nəhayət, 1918-ci il mayın 29-da Şimali Azərbaycanda - keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradılıb. Y.Mahmudov deyib: “Erməni vandalları köçürülüb gətirildikləri Azərbaycan torpaqlarından yerli türk-müsəlman əhalini didərgin salmaq üçün onların dini ibadət yerlərini - yüz illərlə öz varlığını qoruyub saxlamış nadir memarlıq inciləri olan 300-dən çox məscidi, çoxlu sayda minarələri, türbələri, ziyarət yerlərini, qəbiristanlıqları yerlə-yeksan ediblər. Vandallar, ilk növbədə, İrəvandakı qədim məscidləri məhv ediblər”.
Vurğulanıb ki, “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi İrəvan məscidləri” adlı kitabçada Azərbaycan xalqına məxsus və erməni vandalları tərəfindən dağıdılan nadir memarlıq abidələrinin - qədim İrəvan məscidlərinin acı taleyindən bəhs olunur. Əsərdə bildirilir ki, erməni rəssamlarından Martiros Saryanın, Setrak Arakelyanın, Anuş Sahinyanın, Qabriel Gürcyanın 1920-1930-cu illərdə çəkdikləri rəsm əsərlərində Göy məscid İrəvan şəhərinin rəmzi kimi əks etdirilib. “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi Xan sarayı” adlı kitabçada qeyd edilir ki, İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara və tədqiqatçılara “qədim erməni torpağında” və onun “qədim paytaxtında” yaşı 200 ildən yuxarı bircə dənə də olsun tarixi abidə göstərə bilmirlər. Tarixçi-alim Güntəkin Nəcəflinin “İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası” adlı əsərində 400 ildən artıq tarixə malik, dəfələrlə yadelli yürüşlərinə sinə gərmiş, XIX əsrin birinci yarısında Azərbaycan xalqının çar Rusiyası işğalçılarına qarşı apardığı şanlı mübarizə mərkəzlərindən birinin - İrəvan qalasının qəhrəmancasına müdafiəsindən bəhs olunur. Bu kitabça İrəvan qalası müdafiəçilərinin əziz xatirəsinə həsr edilib. “Çuxursəd hakimləri və İrəvan xanları” əsərində isə bildirilir ki, qədim Azərbaycan torpağı olan müasir Ermənistanın ərazisi orta əsrlərdə Çuxursəd vilayəti adlanırdı. Azərbaycan dövləti olan İrəvan xanlığını yerli türk tayfalarının - Qaraqoyunlu, Ağqoyunlu, Rumlu, Ustaclı, Əfşar, Qacar tayfasının nümayəndələri olan xanlar idarə ediblər.
Tədbirdə çıxış edən Güntəkin Nəcəfli, Nazim Mustafa, Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov, Milli Məclisin deputatı Fəzail İbrahimli və başqaları İrəvan torpağının qədim Azərbaycana aid olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının vacibliyindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən danışıblar.
Təqdim olunan kitabçalar Tarix İnstitutunun elmi şurasının qərarı ilə çap edilib.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

