/ / Bakıda təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
Bakıda təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
29.11.2016 [09:27]
Noyabrın 28-də Bakıda Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşkilatçılığı ilə “Təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanın iştirakı ilə keçirilən konfransa dövlət və hökumət rəsmiləri, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, hər iki ölkənin ali məktəblərinin rektorları qatılıblar.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ölkələrimiz arasında təhsil sahəsində səmərəli əməkdaşlıqdan danışıb, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, Azərbaycanda rus dili və ədəbiyyatının tədrisinə xüsusi diqqət yetirilir. Rus dilinin ölkəmizdə öyrənilməsinin multikulturalizm prinsipinə əsaslandığını vurğulayan nazir qeyd edib ki, hazırda 340 orta məktəbdə 90 min şagird rus dilində təhsil alır. Son illərdə Bakıda dövlətin dəstəyi ilə Rusiyanın iki nüfuzlu ali təhsil müəssisəsi - Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılıb.
Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva təhsil, elm və mədəni əlaqələrin genişləndirilməsi istiqamətində konfransın əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, hər iki ölkədən müvafiq sahələr üzrə fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirən tədbir əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaradıb. O deyib: “Təcrübəyə əsaslanaraq müxtəlif istiqamətlərdə əldə olunacaq razılıqların uzunmüddətli və səmərəli olacağını deyə bilərik. Son illər Azərbaycanda qazanılan uğurlar bizi də sevindirir. Bu tərəqqidə Ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin bu uğurlu siyasəti davam etdirməsi Azərbaycanın inkişafının davamlılığına zəmin yaradır. Azərbaycan təkcə region ölkələri ilə deyil, bütün dünya dövlətləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində əlaqələrini genişləndirir”.
Rusiyalı nazir ölkəsinin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığa böyük önəm verdiyini bildirib. O, cari il Azərbaycanda rus dilini öyrənmək istəyənlərin sayının 5 faiz artmasını müsbət hal kimi dəyərləndirib.
Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının yeni korpusunun açılış mərasimindən videokonfrans olub. Vurğulanıb ki, bu filial Azərbaycanın Rusiyada rəsmi lisenziya ilə fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsidir.
Daha sonra media nümayəndələri üçün brifinq keçirilib və hər iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın bugünkü vəziyyəti ilə bağlı suallar cavablandırılıb.
O.Vasilyeva diqqətə çatdırıb ki, təhsil sahəsində əlaqələrimiz getdikcə möhkəmlənir. Rusiyanın iki universitetində Azərbaycan linqvistikası kafedrası açılıb. Azərbaycan dilinin tədris olunduğu iki məktəb artıq mövcuddur. Əgər valideynlər təşəbbüs göstərərlərsə, Rusiyada Azərbaycan dilində məktəblər də açıla bilər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

