“Azərbaycan öz inkişafına görə bizi heyran etdi”
03.12.2016 [12:23]
Fikri Ataoğlu: Əsas məqsədimiz Azərbaycandan ŞKTC-yə, Şimali Kiprdən də Azərbaycana qarşılıqlı turist səfərlərinin təşkilinə nail olmaqdır
Xəbər verildiyi kimi, noyabrın 30-da Bakıda Şimali Kiprin turizminin təqdimat mərasimi keçirilib. Türk Hava Yolları və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ŞKTC-nin turizm və ətraf mühit naziri Fikri Ataoğlu, millət vəkili Qənirə Paşayeva, həmçinin hər iki ölkədən olan turizm agentliklərinin təmsilçiləri və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən ŞKTC-nin Azərbaycandakı nümayəndəsi Ufuk Turganer, ŞKTC-nin turizm və ətraf mühit naziri Fikri Ataoğlu və millət vəkili Qənirə Paşayeva bu cür mərasimlərin iki ölkə arasındakı əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcəyini bildiriblər.
Yeri gəlmişkən, “Yeni Azərbaycan” qəzetinə müsahibə verən nazir Fikri Ataoğlu həm bu səfərin mahiyyəti, həm də turizm, səhiyyə və təhsil sahəsində yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə də danışdı.
Müsahibəyə “öncə onu deyim ki, Azərbaycana ilk dəfədir səfər edirəm. Amma keşkə daha öncədən Azərbaycana gəlsəydim. Çünki Azərbaycan bir türk dövləti olmaqla yanaşı, öz inkişafına görə bizi heyran etdi. Mənim üçün bu keçən müddət ciddi itkidir ki, bu vaxta qədər öz inkişafına görə dünyada öncül yerlərdən birini tutan belə bir ölkəyə səfər etməmişəm” sözləri ilə başlayan qonaq Bakıya 30 nəfərlik heyətlə səfər etdiklərini dedi. Onun sözlərinə görə, bu 30 nəfərlik heyətə ŞKTC-nin Turizm və Ətraf Mühit Nazirliyinin, turizm agentliklərinin, hotellərinin, universitetlərinin nəzdində formalaşdırılacaq xəstəxanaların nümayəndələri daxildir: “Bu səfərdə əsas məqsədimiz Azərbaycandakı qardaşlarımıza Şimali Kiprin özəllikləri haqqında ətraflı məlumat verməkdir. Azərbaycanlı bacı və qardaşlarımız ŞKTC-yə səfər edərək ölkəmizin təbii zənginlikləri, tarixi gözəllikləri, sahilləri, mədəniyyəti, görməli yerləri ilə, ən əsası, sizinlə eyni dili, eyni dini paylaşan Kipr türkləri ilə yaxından tanış ola bilərlər. Eyni zamanda, istəyirik ki, qarşılıqlı olaraq Kipr türkləri də Azərbaycana gələrək buradakı gözəllikləri, ölkənizin turizm imkanlarını görsünlər. Bir sözlə, əsas məqsədimiz Azərbaycandan ŞKTC-yə, Şimali Kiprdən də Azərbaycana qarşılıqlı turist səfərlərinin təşkilinə nail olmaqdır”.
“Tanrının lütfü olan bu dəyərli adanı hər yerdə tanıtdırmağımız lazımdır”
Şimali Kiprin turizm imkanları barədə danışan nazir Fikri Ataoğlu turistlər üçün buranın ayrı özəlliklərinin olduğunu bildirdi: “Çəkinmədən deyə bilərəm ki, Şimali Kiprdə turistlərin rahat şəkildə, həyatdan zövq alaraq dincəlməsi üçün hər şey var. Sahillərimiz çox gözəldir. Şimali Kiprin təbiətinə söz ola bilməz. Siz ŞKTC-də ilin 8-9 ayı ərzində dənizə girə bilərsiniz. Bir sözlə, mükəmməl bir dəniz, mükəmməl bir sahil, mükəmməl bir ada. Və tanrının lütfü olan bu dəyərli adanı hər yerdə tanıtdırmağımız lazımdır”.
Onun sözlərinə görə, bundan başqa, sağlamlıq imkanları məhdud olan hər bir kəsin gedib ŞKTC hotellərində dincəlməsi mümkündür: “Yəni onlar üçün də hər şey düşünülüb.Yaşlı insanlar da həmçinin onlara görə müəyyən edilmiş həkimlərin olduğu hotellərə gəlib, sağlamlıq turizmindən yararlana bilərlər. Bir sözlə, bu kiçik adada turistlər üçün bütün xidmətlər var”.
Müsahibəsində ŞKTC-də səhiyyənin inkişafı məsələsinə də toxunan F.Ataoğlu: “ŞKTC-də universitetlər artıq o qədər inkişaf edib ki, onların nəzdində universitet xəstəxanaları da formalaşmağa başlayıb. Həmin xəstəxanaların sayı hər keçən gün ərzində artır. Dünya Səhiyyə Təşkilatına üzv olan 87 ölkə var ki, onlardan da biri ŞKTC-dir. Artıq ŞKTC-dəki universitetlərimizdə təşkil edilən xəstəxanalarımız Dünya Səhiyyə Təşkilatına üzv olan 87 ölkənin vətəndaşlarına da xidmət edə biləcək. ŞKTC-dəki xəstəxanalar son tibbi texnologiya ilə təmin edilib, doktorlar ən yaxşılarıdır. Ən önəmli olan isə qiymət siyasətidir. Belə ki, biz xidmətdə yüksək keyfiyyətə üstünlük verməklə yanaşı, qiymətdə daha az məbləği əsas götürürük. Yəni demək istəyirəm ki, Avropa ölkələrinin xəstəxanaları içərisində ŞKTC xəstəxanaları qiymət baxımından ən sərfəlidir. Azərbaycanlı qardaşlarımız bunu da nəzərdən qaçırmamalıdırlar. Ən önəmlisi isə, bunlar universitet xəstəxanalarıdır. Yəni burada çalışanlar tibb səhəsindəki alimlər, professorlardır”, - dedi.
ŞKTC universitetlərini seçən azərbaycanlı gənclər üçün güzəştlər nəzərdə tutulub
Yeri gəlmişkən, hazırda ŞKTC-nin universitetlərində 103 ölkədən tələbə təhsil alır. Ümumilikdə universitetlərdə 100 minə yaxın tələbə var ki, onlardan da 1000-ə yaxını azərbaycanlı tələbələrdir. ŞKTC-nin turizm və ətraf mühit naziri Fikri Ataoğlu dedi ki, hazırda azərbaycanlı tələbələrin sayının çoxalması üçün müxtəlif yollar axtarılır. Belə ki, ŞKTC universitetlərini seçən azərbaycanlı gənclər üçün güzəştlər nəzərdə tutulub: “Bunların içərisində tələbələrin təhsil haqlarını uzun müddətə az-az ödəmələri üçün təklif də var. Bizim qarşıdakı aylarda bura növbəti səfərimiz zamanı universitetlərimizin təmsilçiləri sərfəli təkliflər irəli sürəcəklər”.
“Sizləri bu kiçik adaya dəvət edirik”
Müsahibimiz onu da bildirdi ki, tezliklə yenidən Azərbaycana səfər etməyi planlaşdırırlar: “Özü də bu dəfə daha böyük bir heyətlə. Əgər indi 30 nəfərlə gəlmişiksə, bir neçə aydan sonra 300 nəfərlə səfər edəcəyik. Həmin səfərdə məqsəd Şimali Kipri bütünlüklə Azərbaycana tanıtmaq olacaq. Həmin heyətin tərkibində turizm agentliklərinin, hotellərin, universitetlərin, inşaat sektorunun nümayəndələri, sənayeçilər, iş adamları, mədəniyyət təmsilçiləri, Şimali Kipr sənətçiləri, folklor heyətləri, bir sözlə, bütün sahələrin təmsilçiləri olacaq. Onlar Azərbaycandakı qardaşları ilə qucaqlaşacaqlar”.
Sonda “Şimali Kipr Türk Cümhuriyyətində yaşayanlar sizin qardaşlarınızdır” deyən nazir “Onlar sizinlə eyni dini, dili, mədəniyyəti paylaşırlar. Türkiyəyə vizasız gedə bildiyiniz kimi, Şimali Kiprə də vizasız gedə bilərsiz. ŞKTC türkləri azərbaycanlı qardaşlarını çox sevirlər. Mən Şimali Kiprdə yaşayan qardaşlarınızın adından bura gəldim. Onların sevgi və salamlarını gətirdim. Bir sözlə, biz sizlərlə bərabər olmaq üçün buradayıq. Və “Şimali Kiprdə sizin də bir adanız var” deyərək sizləri bu kiçik adaya dəvət edirik” sözlərini əlavə etdi.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxAnalitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58

