Leyla Əhmədovanın modalar evi yenidən xanımların xidmətinə verilib
07.12.2016 [09:41]
Bakı Apellyasiya Məhkəməsi modelyer Leyla Əhmədovanın lehinə qərar çıxardıb. Bu barədə modelyer özü məlumat verib. 2014-cü ildə Bakının Cəfər Cabbarlı küçəsi 29 ünvanında yerləşən bir zirzəmi və 3 mərtəbədən ibarət olan obyekti icarəyə götürən modelyer aylar sonra maneələrlə üzləşdiyini və icarəyə götürdüyü mülkün sahibinin onun işinə əsassız müdaxilələr etməyə başladığını deyib. Modelyerin sözlərinə görə, müqavilə şərtlərini pozan mülk sahibi üç ay sonra obyektin işığını, qazını, suyunu kəsib, kanalizasiya xəttini bağlatdıraraq modalar evinin fəaliyyət göstərməsinə imkan verməyib: “Mülk sahibinin müqavilə şərtlərini kobud şəkildə pozması nəticəsində çətin duruma düşdüm. Zirzəminin abadlaşdırılmasına, modalar evi kimi uyğunlaşdırılmasına, yüksək səviyyədə təmirinə böyük məbləğdə vəsait xərclədim. Mülk sahibi isə nə obyektin fəaliyyətinə imkan verirdi, nə də sahibkarın xərclədiyi vəsaiti qarşılamaq istəyirdi. Belə olan halda münasibətləri hüquqi müstəvidə araşdırmaqdan başqa çıxış yolu qalmadı və məhkəməyə müraciət etməli oldum”.
Beləliklə, iş Bakı Apellyasiya Məhkəməsində araşdırılıb və məhkəmə Leyla Əhmədovanın şikayətini təmin edərək onun lehinə qərar çıxardıb. Ədalətin bərqərar olduğunu deyən L.Əhmədova modalar evinin yenidən fəaliyyət göstərəcəyini söyləyib: “Haqq nazilsə də, üzülməz, deyiblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı bir daha təsdiqlədi ki, ölkəmizin hüquq-məhkəmə sistemində əsas götürülən meyar obyektivlik, ədalətdir”.
Qeyd edək ki, sözügedən modalar evi xanımların asudə vaxtlarını səmərəli keçirmələri üçün şəhərimizdəki nadir məkanlardan biridir. Burada həmçinin fitness, hovuz, gözəllik salonu və restoran xidmətləri də təqdim olunur.
Məlumat üçün bildirək ki, 20 ildir modelyer kimi fəaliyyət göstərən Leyla Əhmədova bir çox müsabiqələrdə iştirak edib. 1999-cu ildə “Fashion of the world” festivalında birinci yerə layiq görülən modelyerin 2000-dən artıq kolleksiyası üç il ard-arda “Fashion TV”də nümayiş olunub. Bununla yanaşı, 2000-ci ildə “İlin dizayneri” mükafatına layiq görülüb. Hazırda 10 ildən çoxdur ki, üzərində çalışdığı “Azərbaycan” kolleksiyasının həm Vətənimizdə, həm də xaricdə, o cümlədən Nyu-Yorkda, Londonda və Fransada təqdimatını planlaşdırır.
M.BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35

