UNEC-də “I Universitetlərarası Ana dili” müsabiqəsi keçirilib
27.12.2016 [09:58]
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “I Universitetlərarası Ana dili” müsabiqəsi keçirilib. Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr edilən müsabiqə “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyi və “UNEC Yaradıcılıq Mərkəzi”nin birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirin məqsədi milli sərvətimiz olan ana dilinin təbliğinə, onun gənclərə sevdirilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət etməkdir.
Münsiflər heyəti - Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Zaur Əmiraslanov, filolologiya elmləri doktoru, professor Zahid Xəlil, yazıçı-ssenarist Vüsal Nuru və “Azəri Star” layihəsinin laureatı Aygül Məmmədova UNEC-də reallaşdırılan layihənin müxtəlif ixtisas sahibləri olacaq tələbələrin yaradıcılıq qabiliyyətlərinin də üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıblar.
Nəhayət, 17 universitetin tələbələri şeir və mahnı kateqoriyaları üzrə bacarıqlarını sınayıblar. Gərgin keçən şeir müsabiqəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Ümman Budaqov I yerin qalibi olub. II yerə UNEC tələbəsi İqbal Bayramov, III yerə isə Sumqayıt Dövlət Universitetinin tələbəsi Əliyar Rəfiyev layiq görülüb.
Ən yaxşı mahnı ifaçısı isə UNEC tələbəsi, gənc vokalçı Aslan Əzimzadə seçilib. II yerə ADMİU tələbələri Azər Səlimov, Ağayar Xanlarov, Cahandar Xanlarov, III yerə isə Odlar Yurdu Universitetinin tələbəsi Ənvər Məmmədhəsənov layiq görülüb.
Qaliblər diplom və mükafatla təltif ediliblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

