Gülnar Hüseynzadə: Azərbaycanda multikulturalizm dövlət siyasəti kimi qəbul olunub
31.12.2016 [11:15]
“Bu gün müxtəlif mədəniyyətlərin və sivilizasiyaların təmsilçiləri olan insanlar dini və mədəni tolerantlığın olmasına zəmin yaradan multikulturalizm siyasətinə alternativ olmadığını dərk edirlər”. Bu sözləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Azərbaycan Dillər Universitetinin Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə deyib.
2016-cı ilin Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan olunduğunu diqqətə çatdıran professor əlavə edib ki, ölkəmiz tərəfindən cari ildə multikultural dəyərlərin təbliği istiqamətində mühüm işlər görülüb: “Azərbaycanda multikulturalizm dövlət siyasəti kimi qəbul olunub. Mən cari ilin noyabr-dekabr aylarında Portuqaliyanın Lissabon şəhərində olan Lusofona Universitetində “Azərbaycan multikulturalizmi” fənnini tədris etmişəm. Onu deyə bilərəm ki, universitetdə bu fənnin öyrənilməsinə böyük maraq göstərildi. Diqqətinizə çatdırım ki, fənnin tədrisini diplomatiya, avropaşünaslıq və dinşünaslıq fakültələrinin magistratura pilləsində təhsil alan tələbələrlə aparmışam. Tələbələr dərslər zamanı Azərbaycanda yaşayan müxtəlif xalqların öz dillərini, mədəni ənənələrini qoruyaraq qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşamalarını yüksək qiymətləndirərək bunun mühüm bir nümunə olduğunu nəzərə çatdırdılar. Lusofona Universitetində noyabrın 15-də Beynəlxalq Tolerantlıq Gününə həsr edilmiş böyük konfrans keçirildi. Həmin konfransda mən “XXI əsrdə multikulturalizmin çağırışları” (“The challenge of Multiculturalism in the XXI century”) mövzusunda çıxışım zamanı Azərbaycanın multikultural dəyərləri necə təbliğ etməsinə, tolerantlıq nümunəsi olan ölkəmiz tərəfindən həyata keçirilən multikulturalizm siyasətinin əsaslarına dair fakt və qənaətləri diqqətə çatdırdım. Multikulturalizm sahəsində Azərbaycanın təcrübəsi böyük maraq və diqqətlə qarşılandı. Tələbələr ölkəmizə gələrək Azərbaycan dili, ənənələri və həqiqətləri ilə yaxından tanış olmaq arzusunda olduqlarını bildirdilər”.
“Qarşıdakı dövrdə Azərbaycan multikulturalizmi fenomeninin əhəmiyyətinin dünyaya çatdırılması və multikultural dəyərlərin təbliği istiqamətində aparılan işlər daha da genişləndiriləcək. “Azərbaycan multikulturalizmi” fənninin tədris edildiyi ölkələrin sayının artacağı şübhəsizdir”, - deyə professor G.Hüseynzadə vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18

