“Kaspiyskiye novosti” portalı Xəzəryanı bölgənin media məkanını birləşdirəcək
13.01.2017 [10:02]
Həştərxan vilayəti qubernatoru administrasiyasının mətbuat xidməti idarəsinin təşəbbüsü ilə yeni informasiya layihəsi - “Kaspiyskiye novosti” adlı beynəlxalq informasiya portalı işə başlayıb.
“Kaspiyskiy press-sentr” Rusiya informasiya agentliyi tərəfindən həyata keçirilən bu layihənin məqsədi Xəzəryanı bölgənin media məkanını birləşdirmək, vahid informasiya məkanı yaratmaq, auditoriyanın diqqətini Xəzəryanı dövlətlərdə baş verən iqtisadi, siyasi və humanitar proseslərə və hadisələrə cəlb etmək, bu dövlətlərin xalqlarının inkişafına, onların inteqrasiyasının dəstəklənməsinə və fəallaşmasına kömək etməkdir.
Layihənin həyata keçirilməsi gedişində dörd Xəzəryanı ölkənin (Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) hər birinin, habelə Rusiyanın Xəzər sahillərində yerləşən üç regionunun (Həştərxan vilayəti, Kalmıkiya və Dağıstan) müxbirləri tərəfindən hər gün bu saytın səhifələrində onlayn rejimində xəbərlər yerləşdirilməsi üçün portalın xüsusi müxbir şəbəkəsinin yaradılması nəzərdə tutulur.
Portalda “Xəbərlər” rubrikasından əlavə tematik bölmələr yaradılıb. Beləliklə, oxucular “Xəzər beşliyi” ölkələri barədə mühüm və maraqlı məlumatlar əldə edə biləcəklər.
“Layihələr” bölməsində Xəzəryanı ölkələrin biznes layihələri, investisiya ideyaları, müştərək müəssisələri barədə materiallar yerləşdirilir. Bu informasiya işgüzar adamlar, sərmayədarlar, hakimiyyət orqanlarının rəhbərləri, habelə yeni fəaliyyətə başlayan sahibkarlar üçün maraqlı olacaq.
“Persona” rubrikasında Xəzəryanı ölkələrdə sərhədyanı əməkdaşlıq və inteqrasiya ideyalarının təbliği məsələsində mühüm rol oynayan ekspertlərin, alimlərin, siyasətçilərin, ictimai təşkilatların liderlərinin, ekoloq və biznesmenlərin müsahibələri, onlardan sitatlar, müəllif məqalələri və oçerklər dərc ediləcək.
“Xronoqraf” bölməsi eksklüziv müəllif mətnləri, rəngli illüstrasiyalar, fotoşəkillər və nadir arxiv sənədləri vasitəsilə Xəzəryanı ölkələrin xalqlarının həyatı ilə bağlı maraqlı tarixi faktları öyrənməyə imkan verəcək.
“Turizm” bölməsində Xəzəryanı ölkələrin dini ziyarətgahları, mədəni və təbii baxımdan əlamətdar yerləri, bu xalqların bayramları, suvenirləri, xalq sənətləri, milli mətbəxi və xalq yaradıcılığı barədə söhbət açılır.
Layihənin həyata keçirilməsi Xəzəryanı dövlətlər arasında işgüzar və humanitar əlaqələri möhkəmlətməyə imkan verəcək, Xəzəryanı ölkələrin ərazisində yeni birgə layihələr həyata keçirilməsinə şərait yaradacaq.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

