“Bir mətbuat konfransının tarixi” sənədli filminin təqdimatı keçirilib
20.01.2017 [09:54]
Yanvarın 19-da Beynəlxalq Mətbuat Mərkəzində “Bir mətbuat konfransının tarixi” sənədli filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə təşkil olunmuş tədbir 20 Yanvar şəhidlərinin və ərazi bütövlüyümüz uğrunda həlak olmuş həmvətənlərimizin xatirəsinin anılması ilə başlayıb.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, hər bir xalqın tarixində müstəsna yer tutan hadisələr var. Azərbaycan xalqının taleyində belə hadisələrdən biri də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yaşandı. Həmin vaxt keçmiş SSRİ-nin ordu hissələri Bakıya daxil olaraq 147 dinc sakini qətlə yetirdi. Faciə nəticəsində 744 insan yaralandı. O dövrdə SSRİ dairələri haqq səsimizi boğmaq yolu tutdular. Azərbaycan televiziyasının bloku partladıldı, nəşriyyatın fəaliyyəti dayandırıldı. Beləcə ətraf aləmlə təmaslar kəsildi. Məhz belə bir çətin dövrdə xalqımızın Ümummilli lideri Heydər Əliyev 1990-cı il yanvarın 21-də, yəni, faciədən bir gün sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinin binasına gələrək mətbuat konfransı keçirdi, 20 Yanvar dəhşətlərinə ilk dəfə olaraq siyasi qiymət verdi. Heydər Əliyev o zamankı SSRİ rəhbərliyini kəskin şəkildə ittiham etdi. Bu, son dərəcə qətiyyətli və cəsarətli addım idi. 20 Yanvar həqiqətlərindən söz düşərkən yaxın tariximizin məhz bu səhifəsinə ciddi şəkildə yanaşılması mütləqdir. Təqdimatı keçirilən sənədli film də mövcud zərurətin dəyərləndirilməsi ehtiyacından yaranıb. Filmin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi isə Əməkdar Jurnalist Mübariz Əsgərovdur.
Sonra film nümayiş olunub.
Təqdimat mərasimində çıxış edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, yüksək peşəkarlıqla ərsəyə gətirilmiş ekran işinin 20 Yanvar həqiqətlərini ictimaiyyətə çatdırmaq baxımından müstəsna əhəmiyyəti var. Buna görə də o, sənədli filmin xarici dillərə tərcümə edilməsini, habelə telekanallarda nümayişini vacib sayıb.
Şuranın İdarə Heyətinin üzvü, deputat Cavanşir Feyziyev “Bir mətbuat konfransının tarixi” sənədli filmində Ulu öndər Heydər Əliyevin şəxsində bir insanın yaşantısının, eyni zamanda, xalqın və Azərbaycan dövlətçiliyinin taleyinin əksini tapmasını ekran işinin ən mühüm məziyyəti kimi dəyərləndirib.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Cahangir Məmmədli bildirib ki, təqdimatı keçirilən filmə tamaşa edərkən Heydər Əliyevin Ümummilli lider obrazı daha dolğunluğu ilə canlanır. Çünki ancaq əsl lider elə bir çətin mərhələdə heç kəsdən və heç nədən çəkinməyərək öz sözünü deyən şəxsiyyətdir.
Sonda çıxış edən “Bir mətbuat konfransının tarixi”nin müəllifi, Əməkdar Jurnalist, sənədli filmdə yer alan hadisələrin canlı şahidi olmuş M.Əsgərov bir sıra maraqlı məqamlardan söz açıb, xatirələrini bölüşüb. O bildirib ki, Ümummilli lider Heydər Əliyevin keçirdiyi məlum mətbuat konfransından sonra Moskvada yaşayan, təhsil alan soydaşlarımızda böyük ruh yüksəkliyi yarandı. Onlar ardıcıl nümayişlər və mitinqlər təşkil edərək Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında müstəsna rol oynadılar, ictimai rəyin məqsədli şəkildə yanlış məlumatlandırılmasının qarşısını aldılar.
Qeyd edək ki, “Qulp studio” tərəfindən hazırlanmış “Bir mətbuat konfransının tarixi” sənədli filmində mətbuat konfransının iştirakçısı olmuş şəxslərin, habelə 20 Yanvar faciəsi ilə bağlı Bakıya səfər etmiş keçmiş SSRİ Ali Sovetinin deputatlarının, dövrün nüfuzlu ictimai xadimlərinin fikirlərinə geniş yer verilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 20:17
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43

