/ / Prezident Kitabxanasında “Görkəmli dövlət və elm xadimi Əziz Əliyev” adlı elektron resurs təqdim edilib
Prezident Kitabxanasında “Görkəmli dövlət və elm xadimi Əziz Əliyev” adlı elektron resurs təqdim edilib
26.01.2017 [09:47]
Yanvarın 25-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illiyi münasibətilə hazırlanan elektron resursun təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları “Əziz Əliyev-120” sərgisi ilə tanış olublar.
Tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov Azərbaycanın dövlətçilik və elm tarixində özünəməxsus yeri olan Əziz Məmmədkərim oğlu Əliyevin həyat və fəaliyyətindən söz açıb. Bildirilib ki, uşaqlıq və gənclik illəri məşəqqətli olan, erməni vandalizminin və təcavüzünün ağrı-acılarını öz taleyində yaşayan Əziz Əliyev sonrakı illərdə parlaq zəkası və qabiliyyəti ilə işlədiyi sahələrdə böyük nüfuz qazanıb, tapşırılan bütün işlərin öhdəsindən bacarıqla gələrək tez bir zamanda dövlət orqanlarında yüksək vəzifələrə layiq görülüb. İxtisasca həkim olan Əziz Əliyev, eyni zamanda, tibb elminə və səhiyyə sahəsinə də sanballı töhfələr verib. Harada işləməsindən, hansı sahəyə rəhbərlik etməsindən asılı olmayaraq Əziz Əliyev öz ölkəsinə, xalqına və sənətinə sədaqət nümunəsi göstərib.
M.Əhmədov qeyd edib ki, Prezident Kitabxanasında Azərbaycanın ictimai-siyasi və dövlətçilik tarixində xüsusi yeri olan şəxsiyyətlərin həyat və fəaliyyətlərinə aid materiallar toplanılır, sistemləşdirilir və oxucuların istifadəsinə verilir. Kitabxananın “Odlar yurdu Azərbaycan” elektron nəşrinin “Görkəmli azərbaycanlılar” bölməsində 200-dən artıq şəxsiyyət haqqında zəruri informasiya yerləşdirilib. Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın həyat və fəaliyyətlərini işıqlandıran xüsusi elektron resurslar hazırlanıb. Görkəmli dövlət, ictimai və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən müxtəlif tədbirlər həyata keçirilir. Bu gün təqdim edilən “Görkəmli dövlət və elm xadimi Əziz Əliyev (1897-1962)” elektron resursu Əziz Əliyevin həyat və fəaliyyətini, onun zəngin irsini öyrənənlərə Prezident Kitabxanasının töhfəsidir.
Elektron resursun strukturu haqqında məlumat verən kitabxananın direktoru bildirib ki, resursda materiallar doqquz bölmədə qruplaşdırılıb. Azərbaycan və rus dillərində hazırlanan elektron nəşrin “Bioqrafiya” bölməsində Əziz Əliyev və onun ailə üzvləri barəsində qısa məlumat verilib. “Xronologiya” adlanan bölmədə isə ilk dəfə Əziz Əliyevin həm dövlət xadimi, həm də bir alim kimi istər Azərbaycanda, istərsə də Dağıstandakı həyat və fəaliyyətinin mühüm məqamları geniş işıqlandırılıb. Bu bölmədə, həmçinin Əziz Əliyevin dövlət səviyyəsində keçirilən yubiley tədbirləri haqqında məlumatlar əks etdirilib. “Əsərləri” adlanan bölmədə isə Əziz Əliyevin tibb sahəsində qələmə aldığı əsərlərin mətnləri ilk dəfə elektron formatda təqdim olunur. Elektron nəşrin “Sənədlər” bölməsində Əziz Əliyevin yubileylərinin keçirilməsi ilə bağlı sərəncamların və dövlət səviyyəsində keçirilən tədbirlərdə edilən nitqlərin və məruzələrin mətnləri əksini tapıb. “Digər resurslar” bölməsində Əziz Əliyevlə bağlı Dağıstan Respublikasının Rəsul Həmzətov adına Milli Kitabxanasından və Rəsul Həmzətov adına Xasavyurt Mərkəzi Şəhər Kitabxanasından Prezident Kitabxanasına göndərilən materiallar istifadəçilərin ixtiyarına verilib. “E-Kitablar” bölməsində isə Əziz Əliyevin həyat və fəaliyyətindən bəhs edən ayrı-ayrı müəlliflərin tədqiqat əsərlərini, konfrans materiallarını əhatə edən kitabların elektron versiyaları yerləşdirilib. “E-Məqalələr” bölməsində Əziz Əliyevin həyat və fəaliyyətindən bəhs edən, onun yubileyləri münasibətilə keçirilən tədbirləri işıqlandıran məqalələrin elektron versiyaları toplanılıb.
Qeyd olunub ki, elektron resursun “Biblioqrafiya” bölməsində Prezident Kitabxanasına daxil olan dövri mətbuat səhifələrində dərc edilən məqalələrin və kitabların biblioqrafik təsviri verilib. Bu bölmədə, həmçinin Əziz Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş dissertasiyaların avtoreferatların mətni ilə tanış olmaq mümkündür. Elektron resursun ən maraqlı və əyani bölmələrindən olan “Multimedia” bölməsində Əziz Əliyevin gənclik illərindən ömrünün son illərinədək fotoaparatın yaddaşına köçürülən və hazırda Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivində saxlanılan şəkillərindən ibarət “Fotoqalereya” təqdim edilir. Bu bölmədə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan, Əziz Əliyevə məxsus sənədlərin fotosurətlərini əks etdirən kolleksiya nümayiş olunur. “Multimedia” bölməsində “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və “Lider TV və Radio Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşlarının ərsəyə gətirdikləri dörd film də istifadəçilərə təqdim edilir.
Tədbirdə “Multimedia” bölməsində yerləşdirilən materiallardan fraqmentlər nümayiş olunub.
Kitabxananın direktoru bildirib ki, http://azizaliyev.preslib.az/ domenində yerləşdirilən “Görkəmli dövlət və elm xadimi Əziz Əliyev (1897-1962)” elektron resursu yeni materiallar əldə edildikcə daha da zənginləşdiriləcək.
Digər çıxış edənlər də görkəmli dövlət və elm xadimi Əziz Əliyev haqqında ürək sözlərini söyləyib, unudulmaz alimin anadan olmasının 120 illiyi münasibətilə hazırlanan elektron resursu yüksək dəyərləndiriblər.
Tədbirdə, həmçinin Əziz Əliyevin həyat və fəaliyyətindən bəhs edən film də nümayiş olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

