Azərbaycanda uğurlu gənclər siyasəti modeli formalaşıb
03.02.2017 [09:55]
Fevralın 2-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Milli Məclisin Gənclər və idman komitəsinin birgə təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov tədbiri açaraq Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən danışıb, dövlətçiliyimizin, müstəqilliyimizin daha da möhkəmləndirilməsində gənclərin rolundan bəhs edib.
Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında Fondun fəaliyyəti haqqında söz açıb. Qeyd edib ki, bu gün ölkəmizdə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti gənclərin ölkə həyatının bütün sahələrində fəallığını daha da artırıb. Dövlətimizin başçısının təşəbbüsü və Sərəncamı ilə yaradılmış Gənclər Fondu Azərbaycanın gələcəyi, həmçinin bu gələcəyin qarantı olan gənclər üçün açılmış tarixi bir səhifədir. Fəaliyyət göstərdiyi 5 il ərzində Fondun gördüyü işlərə nəzər salanda, doğrudan da, uğurlu və dinamik inkişafın gerçəkləşdiyinin şahidi oluruq. Belə ki, bu günə qədər Fonda 9 qrant müsabiqəsi üzrə gənclərdən və gənclər təşkilatları tərəfindən təqdim olunan layihələrin 3341-i maliyyələşdirilib və uğurlu nəticələr əldə olunub.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov çıxışında bildirib ki, Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 1-də “2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzalamasından 20 il keçir. Məhz Ulu öndərin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkədə yetkin, düşünülmüş gənclər siyasətinin həyata keçirilməsinə başlanılıb. Bu illərdə ölkəmizdə uğurlu gənclər siyasəti modeli formalaşıb, mükəmməl normativ-hüquqi baza yaradılıb. Eyni zamanda, müvafiq dövlət proqramları qəbul olunub, fərmanlar, sərəncamlar imzalanıb. Bir sözlə, gənclər siyasətini həyata keçirmək üçün lazımi şərait yaradılıb.
“Əminəm ki, Gənclər Fondu həm gənclər təşkilatlarının, həm də fərdi şəxslərin layihələrinə bundan sonra da dəstək göstərəcək, eyni zamanda, Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirakını təmin edən səfər qrantlarının verilməsini davam etdirəcək”, - deyə Prezident Administrasiyasının rəsmisi qeyd edib.
Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan şəraitdən söz açan gənclər və idman nazirinin müavini İntiqam Babayev respublikamızda bu sahədə qazanılan təcrübənin digər ölkələrin də diqqətini çəkdiyini deyib. Bildirib ki, Azərbaycan gəncləri dünya miqyasında ölkəmizi layiqincə təmsil edir. Gənclər təşkilatları, fərdi şəxslər Azərbaycan həqiqətlərinin dünyaya yayılması işinə öz töhfələrini verirlər.
Sonra çıxış edən Milli Məclisin deputatları Ülvi Quliyev, Rövşən Rzayev, Adil Əliyev və başqaları ölkəmizdə dövlətçilik amallarına, milli-mənəvi və bəşəri dəyərlərə sadiq Azərbaycan gəncliyinin formalaşdığını bildirib, gənclərin inkişafında və təşkilatlanmasında Ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə gənclərin innovativ potensiallarının artırılması üçün hərtərəfli şəraitin yaradıldığını vurğulayıblar.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

