Xocalı faciəsindən bəhs edən kitab, film və elektron məlumat bazasının təqdimatı olub
22.02.2017 [09:57]
Fevralın 21-də Milli Kitabxanada Azərbaycan Respublikası Hərbi Prokurorluğu ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi olan “Soyqırımı muzeyi” kitabının, Müdafiə Nazirliyinin nəzdindəki Sənədli və Tədris Filmləri Kinostudiyasında hazırlanan “Əsrin faciəsi” filminin və kitabxana tərəfindən hazırlanmış “Xocalı soyqırımı” adlı elektron məlumat bazasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Xocalı faciəsinin ermənilərin xalqımıza qarşı həyata keçirdiyi məkrli siyasətin davamı olduğunu söyləyib. Bildirib ki, bu qanlı hadisədə 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə qətlə yetirilib.
Qeyd edilib ki, Ulu öndər Heydər Əliyev tərəfindən Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilib, bu faciənin ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı olduğu bütün dünyaya bəyan edilib.
Kərim Tahirov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində bu soyqırımın dünyaya çatdırıldığını söyləyib.
Direktor filmin ingilis dilində titrlərlə hazırlandığını, elektron bazanın isə 3 dildə yayıldığını diqqətə çatdırıb.
Sonra “Əsrin faciəsi” filmi nümayiş olub.
Nümayişdən sonra çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Prezident İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində faciə qurbanlarının xatirəsinin anıldığını söyləyib. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində işlər görüldüyünü, kitablar çap edildiyini, filmlər çəkildiyini bildirən nazir müavini bunların təqdirəlayiq hadisə olduğunu deyib.
Təqdim edilən kitabın əhəmiyyəti barədə məlumat verən V.Əliyev bildirib ki, kitabda istintaq materiallarına daha çox yer verilib.
Azərbaycan Respublikasının hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Rasim Kazımov ötən iki əsrin Azərbaycan torpaqlarının işğalı, xalqımıza qarşı törədilmiş soyqırımlarla müşahidə oldunduğunu, soydaşlarımızın ata-baba torpaqlarından didərgin salındığını söyləyib.
Rasim Kazımov Hərbi Prokurorluğun “Soyqırımı muzeyi” barədə məlumat verib. Tarix, deportasiyalar-repressiyalar, soyqırımlar və terror bölmələrindən ibarət muzeyi ötən il 4228 nəfərin ziyarət etdiyini bildirib. Diqqətə çatdırıb ki, təqdimatı keçirilən kitab muzeyin materialları əsasında hazırlanıb.
Tarix İnstitutunun direktoru, Milli Məclisinin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, xalqımıza qarşı törədilmiş soyqırımı və faciələr haqqında tədqiqat işləri aparılmalı və cinayətkarlar cəzalandırılmalıdır. Qeyd edib ki, insan haqları, demokratiyanın tüğyan etdiyi bir dövrdə bir şəhərin əhalisinin məhv edilməsi XX əsrin ən böyük faciəsidir.
Digər çıxış edənlər xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalar barədə həqiqətləri bütün dünyaya çatdırmağın, gələcək nəsillərə əyani surətdə göstərməyin və ictimaiyyət arasında onların təbliğinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Sonra Milli Kitabxana tərəfindən hazırlanan “Xocalı soyqırımı” adlı elektron məlumat bazası təqdim edilib.
Tədbir iştirakçıları, həmçinin “Xocalı soyqırımı - 25” adlı kitab sərgisi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19

