ADNSU-da Elmi Şuranın iclası keçirilib
23.02.2017 [10:04]
Fevralın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın iclası keçirilib. İclası açıq elan edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəmdə duran məsələlərə keçməzdən əvvəl AMEA-nın həqiqi üzvü, ADNSU-nun BA (MBA, BBA, ZU) Proqramlarının direktoru, professor Rafiq Əliyevi 75 illik yubileyi münasibətilə təbrik edib, ona həyat və fəaliyyətində müvəffəqiyyət arzulayıb. Bu cür diqqətə görə rektor M.Babanlı başda olmaqla Elmi Şura üzvlərinə təşəkkürünü bildirən professor R.Əliyev bundan sonra da universitetin uğurları üçün əlindən gələni edəcəyini söyləyib.
İclasda tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov ADNSU-da 2016/2017-ci tədris ilində qış imtahan sessiyasının yekunları barədə Elmi Şura üzvlərinə geniş məlumat verib, ayrı-ayrı fakültələrin müvəffəqiyyət göstəricilərini və digər statistik məlumatları diqqətə çatdırıb.
Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutunun (SMİİYİ) direktoru, dosent Hamlet Hüseynov “Yüksəkixtisaslı kadrların hazırlanmasının vəziyyəti haqqında” hesabat verib, dərs və imtahan prosesi barədə danışıb.
Kimya-texnologiya fakültəsinin (KTF) dekanı, dosent Fəttah Həşimov illik hesabat verərək fakültədə son bir ildə həyata keçirilən yenilikləri Şura üzvlərinin diqqətinə çatdırıb, KTF-də 2016/2017-ci tədris ilinin qış imtahan sessiyasının nəticələri barədə çıxış edib.
Elmi Şuranın iclasında həmçinin bakalavr səviyyəsində təhsil alan III və IV kurs tələbələrinin ilboyu gündəlik təcrübələrinin təşkil edilməsi, dərslərin əvəz edilməsi və ixtisasartırma ilə bağlı sənədləşmə, “ADNSU-nun əməkdar professoru” fəxri adının verilməsi barədə əsasnamənin müzakirəsi və başqa məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32

