Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Birinci MDTU-nun Bakı filialında görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib

Birinci MDTU-nun Bakı filialında görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib

25.02.2017 [10:39]

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) Bakı filialında görkəmli dövlət xadimi, həkim, Azərbaycan Dövlət Tibb İnstitutunun yaradıcısı Əziz Məmmədkərim oğlu Əliyevin 120 illik yubileyinə həsr edilmiş “Əziz Əliyevin Azərbaycan Dövlət Tibb İnstitutunun yaradılmasına və 1930-1962-ci illərdə tibbi təhsilin inkişafına töhfəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə konfransda təhsil nazirinin müavini Firudin Qurbanov, filialın rektoru, professor Əziz Əliyev, Moskvadan olan müəllimlər və tələbələr iştirak ediblər.
Rektor Ə.Əliyev konfransda giriş nitqi söyləyib. O, tədbir iştirakçılarına Əziz Məmmədkərim oğlu Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Respublikasında tibb elminin və tibbi təhsilin təşəkkülündə, milli kadrların, Azərbaycan dilində tədris vəsaitlərinin hazırlanmasında onun rolu barədə məlumat verib.
Firudin Qurbanov Əziz Əliyevin İranda xidmət etdiyi dövrdə, daha sonra Dağıstan Respublikasının rəhbəri vəzifəsində nümayiş etdirdiyi qeyri-adi təşkilatçılıq və rəhbər işçi qabiliyyətləri barədə danışıb.
F.Qurbanov konfrans iştirakçılarına söyləyib ki, adı böyük hərflərlə yazılmağa layiq olan HƏKİM Əziz Əliyevi haqlı olaraq “loğman” adlandırırdılar. O, tələbələrə həyatda Əziz Əliyev kimi insanlardan nümunə götürməyi tövsiyə edib.
Sonra Əziz Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Daha sonra konfransda tələbələrin məruzələri dinlənilib. Rauf Əliyev “Hüceyrələrin qocalması. Xərçəng”, Sara Kazımova “Melanoma”, Gülnar Nəbiyeva “Süd vəzisi və onun tədqiqi”, Ceyhun Musazadə “Hemoqlobin” mövzusunda məruzələrlə çıxış ediblər. Tələbələr dərin məzmunlu məruzələrə görə diplomlarla təltif ediliblər.
Sonda rektor Əziz Əliyev konfransın bütün iştirakçılarına təşəkkürünü bildirib, tələbələrə təhsildə uğurlar arzulayıb.

Paylaş:
Baxılıb: 576 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31