Prezident yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə səkkiz namizəd seçilib
01.03.2017 [10:07]
Fevralın 28-də “Park İnn” otelində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, Fondun Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaradılan Fondun əvvəlcə Gənclər və İdman Nazirliyinin nəzdində uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, dövlətimizin başçısı Fondun uğurlu fəaliyyətini nəzərə alaraq, bir ildən sonra bu quruma Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu statusunun verilməsinə dair Sərəncam imzalayıb.
Qeyd olunub ki, Müşahidə Şurasının əsas funksiyası Fondun fəaliyyətinə ümumi nəzarəti həyata keçirmək, qurumun cari fəaliyyətini tənzimləyən sənədləri hazırlamaq, qəbul və təsdiq etmək, müsabiqələr keçirmək və onlara yekun vuraraq təqdim olunan layihələrin maliyyələşdirilməsi barədə qərarlar qəbul etməkdir. Ötən müddətdə Müşahidə Şurasının 19 iclası keçirilib. Beş il ərzində 9 qrant müsabiqəsi keçirilib. Bu müsabiqələrin nəticəsində 3341 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Bu layihələrdən üçdəbiri gənclər təşkilatlarının layihələridir. Üçdəikisindən bir qədər çoxu isə ölkəmizin müxtəlif bölgələrində yaşayan fəal, istedadlı gənclərin fərdi layihələridir. Bu müddətdə 269 gəncin müxtəlif beynəlxalq təşkilatda iştirakına şərait yaradılıb.
T.Süleymanov bildirib ki, Fondun Nizamnaməsinə əsasən, Müşahidə Şurası 9 üzvdən ibarətdir. Onlardan beşi müvafiq dövlət orqanlarını, dördü isə gənclər təşkilatlarını təmsil edir. Müşahidə Şurasının üzvlüyünə 16 nəfərin namizədliyi qeydə alınıb. Yığıncaqda təmsil olunmaq üçün müraciət etmiş 172 gənclər təşkilatından 156-sının nümayəndələri toplantıda iştirak edirlər.
Sonra təşkilati məsələlərə baxılıb, iclasın sədri, katibi, hesablama komissiyasının üzvləri seçilib. Daha sonra Müşahidə Şurasının üzvlüyünə namizədlər çıxış ediblər.
Çıxışlardan sonra namizədlərin seçilməsi ilə bağlı səsvermə keçirilib. Səsvermə nəticəsində “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri Seymur Orucov, “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin sədri Elmir Vəliyev, “Bakı Beynəlxalq Tələbə Klubu” İctimai Birliyinin sədri Aysəba Mirzəyeva, “Asan Könüllüləri” Gənclər Təşkilatının sədri Sahil Məmmədli, “Azərbaycan Universitetinin İntellektual Klubu” İctimai Birliyinin sədri Aydın Piriyev Müşahidə Şurasına namizəd seçiliblər.
Fondun Nizamnaməsinə uyğun olaraq, həmin səkkiz namizəddən dördü Azərbaycan Respublikasının Prezidenti tərəfindən Müşahidə Şurasının üzvü təyin ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03

