Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
08.03.2017 [11:57]
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabanda xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklillər qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Tədbir Azərbaycan qadınlarına həsr olunmuş qısametrajlı filmin nümayişi ilə başlanılıb.
Komitə sədri Hicran Hüseynova ölkə başçısı İlham Əliyevin Azərbaycan qadınlarına ünvanlandığı təbrik məktubunu oxuyub, elmin və mədəniyyətin inkişafında xüsusi rolu olan və ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadına Prezident təltifləri təqdim olunub.
Komitənin sədri Hicran Hüseynova bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan qadınlarına verdiyi ən böyük dəyər ölkənin birinci xanımı Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etməsi oldu. “Qadınların cəmiyyətdə böyük qüvvə olduğunu bugünkü tədbirdə ağbirçəklərin təqdim etdiyi əl işləri və uşaqların rəsmlərindən ibarət sərgidə də görmək olar. Zərif cinsin yaşlı nümayəndələri sənətləri ilə yanaşı mənəvi kamilliklərini də nümayiş etdirirlər. Onlar sübut edirlər ki, yaşından asılı olmayaraq qadının ailədə və cəmiyyətdə öz yeri var və onlara qayğı göstərmək hər birimizin borcudur. Onlar özlərini həm ailənin, həm də cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss etməlidirlər. Bu, çox mühüm məsələdir. Bildiyiniz kimi, Azərbaycan Prezidentinin Sərəncamı ilə bu il “İslam Həmrəyliyi İli” elan olunub. Ölkəmiz bir neçə mötəbər tədbirə ev sahibliyi edəcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “İslam ölkələri qadınlarının inkişafı” adlı fotomüsabiqə keçirib. Dəstəyə görə Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin sədri Mirnaib Həsənoğluna təşəkkür edirik”, - deyə H.Hüseynova qeyd edib.
Tədbirdə “Ana obrazı”, “İdmançı qadın” və “Lider qadınlar” nominasiyaları üzrə keçirilən fotomüsabiqənin qalibləri mükafatlandırılıb. Müsabiqədə Azərbaycan fotoqrafları ilə yanaşı, Türkiyə, İndoneziya, Mərakeş, Əfqanistan, Tacikistan və Qırğızıstanı təmsil edən foto ustaları da iştirak edib. Bir ay davam edən müsabiqənin təşkilat komitəsinə 150-yə yaxın fotoşəkil daxil olub.
Mərasimdə çıxış edən BMT-nın İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Alessandro Frakasseti bildirib ki, gender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi inkişafın fundamental əsasıdır və qloballaşma prosesində mühüm yer tutur. Cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün imkan yaradılması əsas məsələlərdən biridir.
Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva öz çıxışında müstəqillik illərində Azərbaycan qadınının milli-yaradıcı potensialına, şərəfli keçmişinə, mənəvi dəyərlərinə, vətənpərvərlik keyfiyyətinə və əzminə arxalanaraq böyük inkişaf yolu keçdiyini qeyd edib. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin apardığı siyasətinin davamı olaraq Prezident İlham Əliyev də ictimai həyatda qadınlara xüsusi diqqət və qayğı göstərir, onların əməyini yüksək qiymətləndirir.
Bir qrup fəal qadına mükafatlar təqdim olunandan sonra tədbir konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42

