Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq elmi-praktik konfrans keçirilib
15.03.2017 [10:04]
Martın 14-də Bakıda Qafqaz Tarix Mərkəzinin təşkilatçılığı ilə “Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Qazaxıstan, Kanada, Ukrayna, İsveç, Özbəkistan və Ermənistan alimləri, siyasətçiləri, ictimai xadimləri, tədqiqatçıları iştirak ediblər.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov Azərbaycan ərazisinin iyirmi faizinin işğal olunduğunu xatırladıb. Qeyd olunub ki, torpaqlarımızın işğaldan azad edilməsinin vaxtı çatıb. “İnternetdə yayılan informasiyalardan da görünür ki, ermənilər artıq ortaya rasional mövqe qoymağa başlayıblar. Bugünkü tədbirdə erməni fəalları da iştirak edirlər. Mən onlara xüsusi təşəkkürümü bildirirəm”, - deyə F.Axundov əlavə edib.
Rusiya prezidenti yanında İctimai Palatanın üzvü, “Qafqaz siyasəti” portalının baş redaktoru Maksim Şevçenko Dağlıq Qarabağ münaqişəsinin həllinə qonşu ölkələrin mühüm töhfə verə biləcəyini vurğulayıb.
Xocalı soyqırımına toxunan erməni publisist və ictimai xadim Vahe Avetyan bunun öz xalqı üçün rüsvayçı bir fakt olduğunu bildirərək deyib: “Mən 2016-cı ildə Bakıda olarkən Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdim. Yəqin ki, bu, Ermənistanda birmənalı qarşılanmadı. Bir çox erməni ictimai xadimləri və sadə insanlar məni dəstəkləyirlər. Lakin ermənilərin öz fikirlərini açıq ifadə etmələrinə imkan verilmir. Ermənistanda bir sözə görə adamı şikəst edə və öldürə bilərlər. İyirmi ildən çox sürən münaqişədən sonra ilk dəfə Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş abidəni ziyarət etdik. Sağlam düşüncəli ermənilər çalışırlar ki, Ermənistan prezidenti Serj Sarkisyanın yaratdığı qatil erməni stereotipi aradan qalxsın. Mən tarixçi deyiləm, yazıçıyam. Xalqların düşmənçiliyini bir kənara qoyub, yeni bir səhifə açmaq lazımdır”, - deyə V.Avetyan bildirib.
Əslən Dağlıq Qarabağdan olan erməni əsilli Ukrayna vətəndaşı tədqiqatçı Artur Ağacanov Dağlıq Qarabağ torpağının əsrlərboyu müxtəlif müharibə və münaqişələr meydanı olduğunu söyləyib. Qarabağın qədim Qafqaz Albaniyasının bir hissəsi olduğunu və özündə bu qədim dövlətin mədəniyyətini, tarixini, memarlığını yaşatdığını qeyd edən A.Ağacanov deyib: “Hazırda bu qədim irs ya məhv edilir, ya da erməni mədəniyyəti və tarixi kimi qələmə verilir. Artıq iki əsrdir ki, Türkiyə, İran və Yaxın Şərqdən köçürülmüş ermənilər qədim Qarabağ torpaqlarını özününküləşdirirlər. Eçmiədzin kilsəsinin fitvası ilə qədim Alban Avtokefal Kilsəsi ləğv edilib. Gandzasar, Amaras və Alban kilsəsinin digər patriarx taxtlarının ləğv edilməsi nəticəsində Qarabağda, eləcə də Cənubi Qafqazda olan çoxsaylı xalqlara məxsus mədəniyyət irsi Eçmiədzin kilsəsinin əlinə keçib. Bu xalqların bir hissəsi - qıpçaq türkləri, udin, aysor, tat, kürd və digərləri zor gücünə erməniləşdirilib. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi və qədim Qafqaz Albaniyasının tarixinin, xristian mədəniyyətinin bir hissəsi olduğunu dilə gətirən hər kəs həyati təhlükə ilə üzləşir. Lakin biz həqiqəti deməkdən çəkinməməli və mübarizə aparmalıyıq. Azərbaycanda Alban kilsəsinin və məbədlərdə ibadətin bərpası xəbərini sevinclə qarşıladıq. Yaxın gələcəkdə biz bu məqsədlə Qarabağın taleyi və tarixinə biganə olmayan insanların da qatıla biləcəyi bir təşkilat yaradacağıq”.
Tədbir digər çıxışlarla davam edib.
Xəbər lenti
Hamısına baxGündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29

