Nəsimi rayonunda növbəti “Abad həyət” sakinlərin ixtiyarına verilib
15.03.2017 [10:05]
Novruz bayramı ərəfəsində Bakının Nəsimi rayonunda bir sıra abadlıq-quruculuq işləri həyata keçirilib. Təxminən 50 il əvvəl inşa edilmiş “Qərənfil” körpələr evi-uşaq bağçasının əsaslı təmirinə başlanılıb. Təmir zamanı bağçanın fasadı və dam örtüyü yenidən qurulacaq, girişinə qranit örtük, dəhlizlərə PVS materialı döşənəcək, otaqlar əsaslı təmir ediləcək, istifadə olunan avadanlıqlar yeniləri ilə əvəz olunacaqdır. Bağçanın həyətində yenidənqurma işləri aparılaraq hasarlar təzələnəcək, müasir əyləncə qurğuları və avadanlıqları qurulacaqdır.
Nəsimi rayon İcra Hakimiyyətindən AZƏRTAC-a daxil olan məlumata görə, rayonun Asif Məhərrəmov küçəsi ilə Moskva prospektləri arasındakı məhəllələrarası ərazidə 1 hektardan çox sahədə istirahət parkının yenidən qurulması işlərinə başlanılıb. Parkda yaşlı sakinlər və veteranlar üçün istirahət yerləri yaradılması, ictimai-iaşə xidməti obyektləri açılması nəzərdə tutulub. Həmin ərazidə genişmiqyaslı yaşıllaşdırma işləri aparılacaq, müasir tələblərə cavab verən gecə işıqlandırma sistemləri quraşdırılacaqdır.
Bayram ərəfəsində Mir Cəlal və Asif Məhərrəmov küçələrndə parklar yenidən qurulub, geniş abadlıq işləri aparılıb, binaların fasadları əsaslı təmir olunub və “Abad həyət”lər salınıb.
Rayonda əhalinin asudə vaxtının səmərəli keçirməsi üçün mövcud parklarda və binaların həyətlərində yeni oturacaqlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır. Yaşayış binalarının həyətlərində özbaşına hasara alınmış ərazilərin çəpərləri sökülərək təmizlik işləri aparılıb, mövcud ağaclar budanıb, səliqə-sahman yaradılıb.
Bayram ərəfəsində 3-cü mikrorayondakı Rəşid Məmmədov küçəsində “Abad həyət” sakinlərinin ixtiyarına verilib. Həmin ünvanda 120 mənzildən ibarət iki binanın fasadı, dam örtüyü və zirzəmisi əsaslı təmir edilib, binanın blok qapıları və pəncərələri yeniləri ilə əvəz olunub. Ərazidə yaşıllaşdırma işləri aparılıb və 150 ağac əkilib. Uşaqlar üçün əyləncəli avadanlıqlar quraşdırılıb.
Rayonun digər küçələrində də abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri aparılır.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

