Bakı Atatürk Liseyində Novruz şənliyi keçirilib
18.03.2017 [10:56]
Martın 17-də Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində Novruz bayramı münasibətilə tədbir keçirilib. Bayram tədbirinə Ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu Turan Yazqanın, Bakı Atatürk Liseyinin mərhum müdiri Ali Devrimin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə start verilib.
Tədbirdə çıxış edən liseyin müdiri Hüseyn Demirel öncə Novruz bayramı münasibətilə hər kəsi təbrik edib. Çıxışında Novruz bayramının tarixindən, bu bayramın qədim türklərin həyatında xüsusi bir yerinin olmasından danışıb. Natiq təbiətin oyanması, həyatın canlanması haqda danışıb, ruzi-bərəkət rəmzi olan Novruzun türk dünyasının hər yerində qeyd olunduğunu, lakin Azərbaycanda xüsusi coşqu ilə keçirildiyini bildirib. Natiq Novruz bayramının beynəlxalq birlik tərəfindən də tanındığını, 2010-cu ildə BMT-nin Baş Məclisi tərəfindən mart ayının 21-nin “Beynəlxalq Novruz Günü” elan olunduğunu deyib.
Sonra liseyin şagirdlərinin hazırladıqları kompozisiyalar təqdim olunub. Milli geyimdə olan şagirdlərin musiqi sədaları altında Novruz bayramı ilə əlaqədar hazırladıqları şeirlər, səhnələr, ifa etdikləri rəqslər, bayramın rəmzlərindən və adətlərindən olan səməni, xonça, eyni zamanda, Novruzun personajları - Kosa, Keçəl və Bahar qızın şən zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Şənliyin gedişi zamanı, eyni zamanda, ayrı-ayrı siniflərin şagirdlərinin Novruz bayramına həsr etdikləri bayram xonçalarına baxış keçirilib və ən yaxşı 3 xonçanın qalibi müəyyən edilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42

