Fransanın Sofia-Antipolis Universitetinin professorları Bilik Fondunda olublar
31.03.2017 [09:41]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutu və Fransanın Sofia-Antipolis Universitetinin hüquq və siyasi elmlər fakültəsinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi, mədəni müxtəliflik və milli identiklik” mövzusunda keçirilən beynəlxalq elmi konfransın iştirakçıları Bilik Fondunda olublar.
İcraçı direktor Oktay Səmədov qonaqlara Fondun strukturu, fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. O.Səmədov ölkəmizdəki tolerant mühit, multikultural ovqat, dilindən, dinindən, mədəniyyət fərqindən asılı olmayaraq, bütün insanların firavan birgəyaşayış ənənələrindən danışıb. Hazırda 21 layihə üzrə fəaliyyət göstərən Fondun beynəlxalq əlaqələrindən söhbət açan O.Səmədov bir sıra layihələrə 60-dan çox xarici mütəxəssisin mühazirəçi qismində cəlb olunduğunu deyib. O, əlaqələrin genişlənməsi, Azərbaycanın təhsil müəssisələrində Sofia-Antipolis Universitetinin alim və təqdiqatçılarının mühazirələrinin təşkil olunmasına və təcrübə mübadiləsinə zəmin yaradılması ilə bağlı fikirlərini bölüşüb.
Sofia-Antipolis Universitetinin Hüquq və siyasi elmlər fakültəsinin dekanı professor Kristian Vallar səmimi dəvət və yüksək səviyyədə qarşılanmaya görə təşəkkürünü bildirərək, Bilik Fondu ilə təmsil etdiyi universitet arasında əlaqələrin qurulmasının hər iki tərəf üçün müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib. Professor deyib ki, Azərbaycan və Fransa arasında əməkdaşlığın inkişafında hər iki ölkənin elmi dairələrinin rolu böyükdür.
Sofia-Antipolis Universitetinin Hüquq və siyasi elmlər fakültəsinin dekan müavini professor Ksavye Latour Azərbaycana əvvəllər də gəldiyini, hər dəfə Bakının daha da gözəlləşdiyini müşahidə etdiyini deyib. Azərbaycanda yaşayan bütün xalqlara eyni münasibətin göstərildiyinin, tolerantlığın şahidi olduğunu deyən professor dövlətin bu istiqamətdə yürütdüyü siyasətin maraq doğurduğunu dilə gətirib.
Fondun aparat rəhbəri professor İsaxan Vəliyev “Qardaşlaşmış məktəblər” layihəsi haqqında məlumat verərək, xarici ölkələrin orta təhsil müəssisələrinin də artıq layihəyə cəlb olunduğunu deyərək, Fransa məktəblilərinin Azərbaycan məktəbliləri ilə qardaşlaşmasını hər iki ölkənin gənc nəslinin dünyagörüşünün inkişafında mühüm rol oynayacağına əminliyini vurğulayıb. İ.Vəliyev birgə fəaliyyət istiqamətlərinin dəqiqləşdirilməsi, əməkdaşlığın genişləndirilməsi üçün Sofia-Antipolis Universiteti ilə Bilik Fondu arasında “Niyyət Protokolu” imzalanmasını təklif edib.
Əməkdaşlığın perspektivləri barəsində geniş müzakirələrdən sonra nümayəndə heyəti Fondun əməkdaşlarının müşayiəti ilə Dağ yəhudiləri sinaqoqu, Rus Pravoslav Kilsəsi, “Heydər” Məscidi ilə tanış olublar.
Daha sonra qonaqlar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində alimlərlə görüşüblər. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov toplantı iştirakçılarına Azərbaycanda yaşayan xalqlar haqqında məlumat verib, “İslam Həmrəyliyi İli” çərçivəsində görüləcək işlərdən danışıb.
Qeyd edək ik, fransalı alimlərin martın 31-də Qubaya və Şamaxıya səfəri nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

