Tanınmış yazıçı Səyyad Aranın 65 illiyi qeyd olunub
20.04.2017 [09:13]
Aprelin 19-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış yazıçı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aranın anadan olmasının 65 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid yubilyarın həyat və yaradıcılığından danışıb. Onun ilk əmək fəaliyyətinə ədəbiyyat müəllimi kimi başladığını deyən natiq S.Aranı hər zaman yaradıcılıq axtarışında olan qələm adamı kimi xarakterizə edib. Vurğulanıb ki, o, ədəbi arenada sözünü deyən yazıçı olmaqla yanaşı, həm də ictimai-siyasi xadim kimi tanınır.
Yubilyarı təbrik edən R.Məcid ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək deyib: “Səyyad Aran çox gözəl yazıçıdır. Mən onunla yol yoldaşı olmuşam. O, eyni zamanda mənim üçün işıqlı bir insandır. Səyyad Aran müəllim kimi fəaliyyətə başlamasına baxmayaraq, eyni zamanda jurnalist kimi, siyasi xadim kimi, o cümlədən Yeni Azərbaycan Partiyasının qurucularından biri kimi də özünü təsdiqləyib. Həmçinin yazıçı və tədqiqatçı alim kimi də Azərbaycanın həyatında çox mühüm bir yer tutur”.
İlk yaradıcılığa “Gül ömrü” şeirilə başlayan yubilyarı təbrik edən Anar rəhbərlik etdiyi qurumun hədiyyəsini ona təqdim edib.
Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov yubilyarın zəngin yaradıcılıq məziyyətlərindən söz açıb. “Səyyad Aranın əsərlərində hissiyyatların zənginliyi ilə yanaşı, müdriklik və təmkin ön plandadır. O, ən zərif hisləri, istər siyasi, istərsə də psixoloji məzmunda müəllif səliqəsi ilə təqdim edir. Səyyad Aran imkan vermir ki, əsərlərindəki psixoloji təhlil anti-psixoloji təhlilə çevrilsin. O, məşğul olduğu bütün sahələrdə zəngin şəxsiyyətdir. Eyni zamanda, ədəbiyyatımıza və siyasətimizə hörmət gətirən adamdır”, - deyə N.Cəfərov qeyd edib.
Milli Məclisin deputatı Jalə Əliyeva çıxışında yubilyarın yaradıcılığından, onun ictimai-siyasi xadim kimi fəaliyyətindən danışıb. Ən xoş arzularını yubilyara çatdıran deputat ona yaradıcılığında və siyasi fəaliyyətində uğurlar arzulayıb.
Xalq yazıçısı Mövlud Süleymanlı, yazıçı Seyran Səxavət, professor Buludxan Xəlilov, tənqidçi Əsəd Cahangir, şair Oqtay Rza və digərləri çıxış edərək Səyyad Aranın yaradıcılıq axtarışlarından söz açıblar.
Bildirilib ki, ədəbi mühitə “Ulduz” jurnalında dərc olunan “Təmizlik kağızı” adlı hekayəsi ilə gələn ədibin bir-birinin ardınca “Qeybullanın qazancı”, “Soyuq günəş”, “Balıq günü”, “Havalar soyuyanda”, “Günün günorta çağı” kimi əsərləri çapdan çıxıb.
S.Aranın elə ilk hekayəsindən ədəbi ictimaiyyətin marağını cəlb etdiyini söyləyən natiqlər yazıçıya ən xoş arzularını çatdırıblar.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev yubilyarı təmsil etdiyi qurumun rəhbəri Hacı Allahşükür Paşazadənin adından təbrik edərək ona xatirə hədiyyəsi verib.
Yubiley tədbiri çərçivəsində Səyyad Aranın yeni çapdan çıxmış “Sazaq” adlı kitabının təqdimatı olub.
Sonda Səyyad Aran tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Kədərlənəndə fikirlərini qələmlə bölüşməyi özünə həyat tərzi kimi qəbul edən yubilyar bundan sonra da Azərbaycan ədəbiyyatına böyük həvəslə xidmət edəcəyini söyləyib, yeni yazdığı şeirlərini oxuyub.
Xəbər lenti
Hamısına baxHərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50

