/ / Böyük dövlətlər tarixi həqiqətlərə söykənsəydilər, bu gün dünyada qanlı toqquşmalar baş verməzdi
Böyük dövlətlər tarixi həqiqətlərə söykənsəydilər, bu gün dünyada qanlı toqquşmalar baş verməzdi
26.04.2017 [09:18]
“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda Lənkəranda keçirilən IV Beynəlxalq elmi konfransda dünya ictimaiyyətinə mesajlar ünvanlanıb
Əgər böyük dövlətlər tarixi həqiqətlərə söykənsəydilər, bu gün dünyada yaşanan müharibələr, qanlı toqquşmalar baş verməzdi. “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda Lənkəranda keçirilən IV Beynəlxalq elmi konfransda dünya ictimaiyyətinə bununla bağlı mesajlar ünvanlanıb.
AZƏRTAC xəbər verir ki, aprelin 25-də dünyanın müxtəlif ölkələrini təmsil edən tədqiqatçı-alimlərin qatıldığı beynəlxalq konfransın bağlanış mərasimində çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Lənkəranın Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olduğunu diqqətə çatdıraraq, tədbirin iştirakçılarına minnətdarlığını bildirib.
Tarixçi alim qeyd edib ki, Ermənistan prezidenti S.Sarkisyan çıxışlarında Xocalı soyqırımının törədilməsində iştirakını dönə-dönə vurğulayıb. Dünya ictimaiyyəti isə bu cəlladın bəyanatlarına məhəl qoymur.
Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında dünyanın tanınmış elm adamlarının Lənkəranda bir araya gəlməsini və türk-müsəlman xalqlarına qarşı həyata keçirilən soyqırımları ilə bağlı müzakirələrin aparılmasını rayonun ictimai-siyasi həyatında tarixi hadisə kimi dəyərləndirib.
Türkiyənin Atatürk Araşdırma Mərkəzinin sədri, professor Mehmet Ali Beyhan, Türkiyə Respublikasının Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri, professor Derya Örs, Türkiyənin keçmiş təhsil naziri, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Həsən Cəlal Gözəl, Türk Tarix Qurumunun sədri, professor Refiq Turan beynəlxalq konfransda son 200 ildə böyük bir coğrafiyada türk-müsəlman xalqlarına qarşı sistemli şəkildə yeridilmiş soyqırımı, deportasiya, repressiya siyasəti və bunun ağır nəticələri ilə bağlı alimlərin çıxışlarını, məruzələri yüksək dəyərləndiriblər.
Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və dünya ictimaiyyətinə müraciət qəbul olunub.
Qeyd edək ki, beynəlxalq konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi və Lənkəran şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Konfrans iştirakçıları günün ikinci yarısında Lənkəran şəhərindəki Şəhidlər xiyabanına, Azərbaycanlıların Soyqırımı Abidə Kompleksinə, Həzi Aslanov parkına və Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkib, Sütəmurdov kəndinə və Gərmətük qəsəbəsinə gedərək, burada erməni daşnaklarının 1918-ci ildə törətdikləri vəhşiliklərə şahidlik edən məzarlıq və məsciddə olublar.
Qonaqlar, həmçinin Lənkəran rayonunun Şıxəkəran kəndində “Şeyx Zahid”, Astaranın Pensər kəndində “Şeyx Camaləddin” türbələrini, türk zabiti Camal Paşanın məzarını ziyarət ediblər.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

