/ / Almaniyada “Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda beynəlxalq nəzəri-praktik konfrans keçiriləcək
Almaniyada “Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda beynəlxalq nəzəri-praktik konfrans keçiriləcək
27.04.2017 [09:57]
10-11 may 2017-ci il tarixində Almaniyanın Auqsburq şəhərində Azərbaycanın Gənc Dostları Klubunun təşəbbüsü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda ikigünlük beynəlxalq nəzəri-praktik konfrans keçiriləcək.
Konfransın keçirilməsi ideyası Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləri Litva Pedaqoji Universitetinin elmi işçisi Salomeya Lukayte və Yunanıstanın Afina Universitetinin tələbəsi Dimitrios Asproulis tərəfindən təklif edilib.
BBMM-in mətbuat xidmətinə bununla bağlı açıqlamasında Salomeya Lukayte qeyd edib ki, bu layihənin həyata keçirilməsində məqsəd Azərbaycan multikulturalizmini hüquqi və siyasi müstəviyə qaldıran, eyni zamanda gəncliyin dostu və etibarlı dayağı olan Heydər Əliyevə bəslənilən ehtiramı beynəlxalq səviyyədə ifadə etmək, həm də Avropa, Asiya və Amerikada yaşayan Azərbaycanın Gənc Dostları Klubunun üzvlərinin vasitəsi ilə multikulturalizm, tolerantlıq ideyalarını daha geniş təbliğ və təşviq etmək, dünyada sülhün və barışın bərqərar olmasına töhfə verməkdir: “Azərbaycan multikulturalizminin siyasi banisi olan Heydər Əliyevin doğum gününə həsr olunmuş bu möhtəşəm tədbirə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, ölkəmizdən, eləcə də dünyanın müxtəlif ölkələrindən 12 alim, ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı İslam Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetindən 6 tələbə, 17 xarici ölkə universitetindən Yunanıstan, Litva, Rusiya, İndoneziya, Estoniya, İsrail, ABŞ, Portuqaliya, Türkiyə, Bolqarıstan, İtaliya, Polşa, Almaniya, Gürcüstan, İsveçrə, Makedoniya, Çexiya, Rumıniya və Efiopiyanı təmsil edən 25 tələbə, Azərbaycan və Almaniyanın dini icma rəhbərləri, Auqsburq Universitetinin müəllim-tələbə heyəti, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri qatılacaq. Konfrans boyu sərgi və dəyirmi masa təşkil ediləcək, xarici ölkələrin alim və tələbələrinin çıxışları və mühazirələri dinləniləcək, müzakirələr aparılacaq, multikultural mədəniyyət axşamları təqdim olunacaq”.
Dimitrios Asproulis vurğulayıb ki, Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləri tərəfindən irəli sürülən bu təklif klubun üzvləri tərəfindən rəğbətlə qarşılanıb: “Layihə haqqında öyrənən klub üzvləri yekdil olaraq bu konfransda iştirak etmək istədiklərini ifadə etdilər, sözügedən tədbirə qatılaraq Azərbaycanın multikulturalizm modeli, ölkədəki tolerant mühit və bu istiqamətdəki uğurlu dövlət siyasəti haqqında fikir və təəssüratlarını bölüşmək arzularını çatdırdılar. Auqsburqda keçiriləcək konfransa sözügedən Klubda təmsil olunan tələbə və gənclər qatılaraq mövzu ətrafında təqdimatlarla çıxış edəcəklər”.
İdeyanın təşəbbüskarlarından olan, Portuqaliyanın Lusofona Universitetinin tələbəsi, gənc rejissor Joao Mestre IV Beynəlxalq multikulturalizm qış məktəbində iştirakının Azərbaycanı və onun multikulturalizm modelini əyani şəkildə tanımağa imkan yaratdığını vurğulayıb. Gənc rejissor həm də IV Beynəlxalq multikulturalizm qış məktəbində iştirakı zamanı əldə etdiyi videoçəkilişlər və bilgilər əsasında Azərbaycan multikulturalizmi modeli ilə bağlı sənədli film çəkdiyini də xatırladıb. Joao Mestre bildirib ki, sözügedən ikigünlük beynəlxalq nəzəri-praktik konfrans vasitəsilə Azərbaycanın dünyaya örnək olacaq multikulturalizm modeli, bu ölkədə aparılan uğurlu gənclər siyasəti, Avropanın multikulturalizmdən imtina etdiyini bəyan etdiyi bir vaxtda multikulturalizmin Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu, Azərbaycan xalqının əsrlərə söykənən multikulturalizm və tolerantlıq ənənələrinin Heydər Əliyev tərəfindən daha yüksək siyasi səviyyəyə qaldırıldığını və Prezident İlham Əliyevin bu siyasi kursu müvəffəqiyyətlə davam etdirdiyini beynəlxalq ictimaiyyətə yüksək səviyyədə təqdim etmək imkanı yaranır.
Xatırladaq ki, Azərbaycanın Gənc Dostları Klubu İctimai Birliyi 2016-cı ilin yayında BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən, 16 ölkədən 50-dən çox tələbənin qatıldığı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində Salomeya Lukayte və Dimitrios Asproulisin təşəbbüsü ilə yaradılıb. Beynəlxalq klubda Azərbaycan multikulturalizminin ölkəmizə qazandırdığı xarici gənclər və ziyalılardan ibarət 200-dən artıq üzv təmsil olunur. Birliyin üzvləri Azərbaycanın multikulturalizm modeli, mədəniyyəti, tarixi - bütövlükdə haqq işinin dəstəklənməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49

